Mojo.az Banner
19:08 Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq  |     18:54 Ağcabədidə ağır QƏZA: İki qardaş öldü  |     18:39 İngiltərə-İspaniya oyununu bu kanal yayımlayacaq  |     18:19 Formula 1-dən kim qazanır? – Bakıda ən çox gəlir götürən sahələr AÇIQLANDI  |     18:15 Afinada yaşayış binasında güclü partlayış: ölənlər var  |     18:13 Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər - Bill Qeyts  |     17:48 Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı  |     17:39 Mbappenin son vəziyyəti açıqlandı  |     17:23 Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı  |     17:15 Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu  |     17:02 “Qarayaxma aparanların ölkəyə girişi qadağan edilə bilər”  |     16:39 Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb  |     16:29 Formula 1 Azərbaycan Qran-Prisində ilk qəza  |     16:08 İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar  |     15:55 Bakıda valideynləri dalaşan qız ölümdən döndü  |     15:47 Stroll üçün Bakı yarışı başa çatdı  |     14:36 Polis ötən gün 57 nəfəri saxlayıb  |     14:30 Bu gün İngiltərə və İspaniyanın oyunu var  |     14:23 Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB  |     14:11 Təqaüdçülərin pullarını oğurlayan şəxs ƏLƏ KEÇDİ - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Könül Xasıyevaya 1 milyon 200 min "atdılar"? — ŞOK İDDİA

26.03.2018 16:28 2 731
Könül Xasıyevaya 1 milyon 200 min
Tanınmış xanəndə, xalq artisti Könül Xasıyevaya bir milyon iki yüz min manat "atıldığı" barədə iddialar səsləndirilib.

"Ölkə.Az"ın əldə etdiyi xəbərə görə, xalq artistinə bir müddət öncə tanıdığı şəxs tərəfindən ortaq biznes qurmaq təklifi edilib. Sənətkar əvvəlcə təkliflə razılaşmasa da, sonradan müsbət cavab verib.

İddiaya görə, biznes Gürcüstanda qurulmalıymış. Əldə edilmiş razılaşmaya əsasən, "şəriki" qonşu ölkədə qurulacaq biznesin təşkilati tərəflərini həll etməli, aidiyyatı dövlət qurumlarıyla əlaqələr qurmalı, xalq artisti isə maliyyə ayırmalıymış. Amma "şərik" pulu Xasıyevadan alandan sonra yoxa çıxıb.
Əldə etdiyimiz xəbərlə bağlı K.Xasıyevanın münasibətini öyrənmək cəhdlərimiz baş tutmayıb.
Qeyd edək ki, K.Xasıyeva uzun müddətdir bir neçə xəstəlikdən əziyyət çəkir.

Bir daha qeyd etmək yerinə düşər ki, əldə etdiyimiz məlumat sadəcə iddiadır. Həqiqətin necə olduğunu yalnız Könül Xasıyeva bilir.скачать dle 11.3
Mojo.az Banner