Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:32 Kartla ödənişlərdə daha çox pul xərcləyirik – AÇIQLAMA | 13:24 Bakıda ilk: Avtobuslar üçün ayrıca işıqforlar quraşdırılacaq | 13:22 Azərbaycan nefti ucuzlaşıb | 13:21 Qısqanclıq zəminində həyat yoldaşını döyən şəxs cərimələndi | 13:20 Təhsilə xərclənTəhsilə xərclənən milyardlar - Rəsmi rəqəmlər açıqlandıən milyardlar - Rəsmi rəqəmlər açıqlandı | 13:07 Gürcüstanda keçmiş arvadını öldürtmək üçün killer tutan azərbaycanlı siyasətçi həbs edildi | 13:02 Rəsmi Bakıdan Fransaya etiraz: "Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinin" | 12:50 Gülarənin qətli əvvəlcədən planlaşdırılmışdı? - VİDEO | 12:28 Şahzadə Harri Rusiyaya qarşı döyüşməyə hazır olduğunu bəyan etdi | 12:14 Təbrizdə silahlı insident: Azərbaycanlı hakim və ailə üzvləri qətlə yetirildilər | 12:11 Sənədsiz evlərin sahiblərini hansı problemlər gözləyir? – AÇIQLAMA | 12:05 "GTA 6"nın qurucusu Alim Qasımovun ifasını necə tapıb? | 12:03 Paytaxtda bəzi yollar bağlanacaq - Səbəb | 11:57 Məleykə Abbaszadə DİM-dən getdi, rektor təyin olundu - Sərəncam | 11:46 Deputatdan pabda oxuyan Xalq artistinə: "Sənətini harada gəldi nümayiş etdirməməlidir" | 11:43 Nərman Qocatürkün meyiti tapıldı | 23:04 Sabah bəzi ərazilərdə qaz olmayacaq | 22:49 “Polat Alemdar” ekranlara qayıdır? | 22:41 Rusiya Odessanı vurdu: Ölənlər var | 22:35 Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - RƏSMİ AÇIQLAMA |
Mojo.az Avto
Mojo.az Avto

Kartla ödənişlərdə daha çox pul xərcləyirik – AÇIQLAMA

19.11.2026 13:32 159
Kartla ödənişlərdə daha çox pul xərcləyirik – AÇIQLAMA
Kart və elektron ödənişlərin genişlənməsi maliyyə əməliyyatlarının daha şəffaf aparılmasına imkan verir. Bununla yanaşı, komissiyalar, rəqəmsal təhlükəsizlik və nağd pul vərdişləri istehlakçıların seçimlərinə təsir göstərir. Nağdsız ödənişlərin genişlənməsi iqtisadiyyatın şəffaflığına və vətəndaşların xərclərinə necə təsir edir?

İqtisadçı Elçin Rəşidov bu barədə Median.Az-a açıqlama verib.

O deyib ki, iqtisadiyyatın şəffaflığı baxımından nağdsız ödənişlərin əsas üstünlüyü vergidən yayınmanın qarşısını almasıdır:
“Çünki kölgə iqtisadiyyatı, əsasən, vergidən gizlədilən fəaliyyətlər hesabına formalaşır. Nağdsız ödənişlər isə əməliyyatların qeydə alınmasına imkan yaratmaqla kölgə iqtisadiyyatının müəyyən hissəsinin şəffaf iqtisadiyyata keçməsinə şərait yaradır. Nəticədə vergi daxilolmaları artır. Bundan əlavə, nağdsız əməliyyatlar maliyyə nəzarətini gücləndirir. Bu ödənişlər vasitəsilə pulun kimdən kimə köçürüldüyünü və əməliyyatların istiqamətini izləmək mümkün olur. Nağd pul dövriyyəsində isə belə nəzarəti həyata keçirmək daha çətindir. Digər tərəfdən, nağdsız ödənişlər müəssisə və təşkilatlarda maliyyə uçotunun aparılmasını da asanlaşdırır. Bütün əməliyyatlar avtomatik qeydə alınır. Müasir texnologiyalar vasitəsilə bu məlumatların sistemləşdirilməsi və təhlili daha rahat həyata keçirilir. Beləliklə, həm uçot prosesi sadələşir, həm də iqtisadi fəaliyyətin şəffaflığı artır”.
O qeyd edib ki, dünyada nağdsız ödənişlərin ümumi ödəniş dövriyyəsindəki payı getdikcə artır:
“Bu, yeni iqtisadi dövrün göstəricilərindən biridir. Gələcəkdə kağız pulların əhəmiyyətinin daha da azalacağı və nağdsız əməliyyatların üstünlük təşkil edəcəyi gözlənilir. Nağdsız ödənişlər vətəndaşların gündəlik xərclərinə də müsbət təsir göstərir. İlk növbədə, vaxta qənaət etməyə və ödənişləri daha rahat həyata keçirməyə imkan verir. Məsələn, taksi xidmətindən istifadə zamanı gediş haqqını nağd ödəmək əvəzinə kart vasitəsilə dəqiq məbləğdə ödəmək mümkündür. Bu zaman xırda pul axtarmağa və ya pulu xırdalamağa ehtiyac qalmır. Eyni rahatlıq digər xidmət sahələrində də özünü göstərir. Həmçinin bu sistem biznes subyektlərinin fəaliyyətini asanlaşdırır və onların inkişafına müsbət təsir edir. Nağdsız ödənişlərin digər üstünlüyü şəxsi büdcəyə nəzarəti asanlaşdırmasıdır. Müasir bank tətbiqlərində vətəndaşlar aylıq və illik xərclərini kateqoriyalar üzrə izləyə bilirlər. Bu imkanlar hansı istiqamətlərə daha çox vəsait xərcləndiyini müəyyən etməyə, büdcəni düzgün planlaşdırmağa və qənaət imkanlarını görməyə kömək edir. Bu funksiyaların mövcudluğu və imkanları bankdan banka dəyişir”.
İqtisadçının sözlərinə görə, nağdsız ödənişlərin müəyyən riskləri də var:
“Xüsusilə, dələduzluq və kibercinayətkarlıq halları bu sahədə diqqət yetirilməli məsələlərdəndir. Bununla belə, nağd puldan istifadənin də öz riskləri mövcuddur. Nağd vəsaitin saxlanılması zamanı pulun itirilməsi və ya oğurlanması təhlükəsi yaranır. Buna görə də bəzi insanlar vəsaitlərinin böyük hissəsini bank hesablarında saxlayır, gündəlik xərclərini isə kart vasitəsilə həyata keçirirlər. Nağdsız ödənişlər kommunal və digər xidmət haqlarının ödənilməsini də xeyli asanlaşdırır. Vətəndaşlar evdən çıxmadan, növbədə gözləmədən bu əməliyyatları qısa müddətdə həyata keçirə bilirlər. Lakin nağdsız ödənişlərin mənfi tərəflərindən biri də bəzi insanlarda artıq xərcləmə vərdişini gücləndirməsidir. Kartla ödəniş etmək asan olduğundan, vətəndaşlar bəzən xərclədikləri məbləğin fərqinə varmadan daha çox pul sərf edirlər. Yəni nağdsız ödənişlər rahatlıq yaratsa da, şəxsi büdcəyə nəzarətin vacibliyini aradan qaldırmır”.

Son xəbərlər