Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda elektron ödənişlərin yayılması hansı nəticələrə gətirir?

28.05.2026 21:29 660
Azərbaycanda elektron ödənişlərin yayılması hansı nəticələrə gətirir?
Azərbaycanda son illərdə nağdsız ödənişlərin həcmi sürətlə artır. Kartla ödəniş, mobil bankçılıq və elektron ticarətin geniş yayılması həm vətəndaşların gündəlik vərdişlərini dəyişir, həm də iqtisadiyyata təsir göstərir.

Nağdsız ödənişlərin artması şəffaflığın güclənməsi, vergi daxilolmalarının artması və kölgə iqtisadiyyatının azalması baxımından mühüm rol oynayır. Bəs bu dəyişiklik iqtisadi sistemə hansı üstünlükləri və riskləri gətirir?

Məsələ ilə bağlı Median.Az-a açıqlama verən iqtisadçı Fuad İbrahimov bildirib ki, dünya elektronlaşdıqca, müasir biznes, ticarət iqtisadiyyat da öz bağlantılarını bu varlıqla birləşdirir, möhkəmləndirir.

Fuad İbrahimovun sözlərinə görə, bundan iqtisadiyyatın salamlaşmaq yolunda istifadə imkanları artır. Nəzərə almaq lazımdır ki, nağdsız ödənişlərlə biz sürətli şəkildə kölgə iqtisadiyyatından çıxmış ola bilirik. Ancaq inkişaf etdikcə, bu proseslərin güclənməsi ilə yanaşı kölgə iqtisadiyyatı iştirakçıları da yerində dayanmır. Onlar da müxtəlif variantlarla "yararlanmağa" çalışırlar. Bunlardan biri də elə hər kəsə məlum olan kartdan-karta köçürmə prosesidir. Vətəndaş kartla ödəniş etmək istədikdə, ona bildirirlər ki, POS-terminal işləmir. Əslində, yenə də elektron əməliyyat baş verir, amma vergidən yayınma prosesi yaranır və kölgə iqtisadiyyatında şaxələnmə gedir.

İqtisadçı qeyd edib ki, kölgə iqtisadiyyatına qarşı müxtəlif mübarizələr aparılır, cərimələr tətbiq edilir. Şəffaflıq nöqteyi-nəzərdən bu, iqtisadiyyatı sağlamlaşdırır.

"Nağdsız ödəniş zamanı istehlakçının cüzdanından qəpiklərə qədər dəqiqliyi ilə ödəniş çıxılır. Hər hansısa nağd ödənişdə xırda qəpiklərin olmadığını bəhanə gətirəndə, Nağdsız ödənişlər zamanı ilin sonuna kimi ümumi cüzdanınızı təhlil etsəniz, görəcəksiniz ki, 50-60 manata qədər qənaət etmiş olursunuz", — deyə iqtisadçı əlavə edib.

Fuad İbrahimov vurğulayıb ki, nağdsız ödənişlər institutsional səviyyədə iqtisadiyyatın sağlamlığına aparan bir yoldur, bütün şəffaf xəritəsi görünür. Yəni, müasir iqtisadiyyatın sağlam yolu nağdsız ödənişlər vasitəsilə əməliyyatların aparılmasıdır. Vətəndaşlarda isə bir çox göstəricilərdə - nəğd pulun olmamaması, xoşagəlməz hadisənin, oğurluğun qarşısının alınması kimi hallarda əlbəttə ki, nağdsız ödənişlər üstündür.

İqtisadçı sonda riskli tərəflərə də toxunaraq deyib:

"Müasir dövr inkişaf etdikcə, digər risklər də artır. Burada kibercinayətkarlıq kifayət qədər son dövrlərdə artıb. Lakin bununla da mübarizə aparmağın kifayət qədər çox rahat yolu var. Sadəcə olaraq etibar edib bu sənədi kart qeydiyyatında olan göstəriciləri qarşı tərəfə heç bir halda verməmək. Yeganə yolu budur. Əgər vətəndaş aldanmayacaqsa, özünü qoruya biləcəksə, əlbəttə ki, elektron ticarət ən etibarlı mənbələrdən biridir".

Dəniz Pənahova
Median.Az

Son xəbərlər