Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:47 Uşaqlarını internata qoyub evə qayıtdı, arvadını bıçaqladı - Xaçmazdakı cinayətin təfərrüatı | 14:41 Noyabrın ən şanslı bürcləri bəlli oldu – Kimləri uğur gözləyir? | 14:27 Noyabrda ardıcıl 4 gün iş olmayacaq | 14:13 Green Card arzusu niyə yarımçıq qalır? – Trampın miqrasiya siyasətinin pərdəarxası | 14:00 Jurnalistlərlə bağlı hadisələrin arxasında hansı səbəblər dayanır? – Açıqlama | 13:54 Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı AÇIQLAMA | 13:36 Binədə törədilən qətllə bağlı ailənin azyaşlı övladı: "Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq" | 13:26 Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq? | 13:09 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia | 13:06 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - Video | 13:01 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama | 12:57 Azərbaycanda reabilitasiya mərkəzlərindən biri ləğv olunur | 12:53 İstilik mövsümünə daha tez başlanılan rayonların sayı xeyli artırıldı - Siyahı (Yenilənib) | 12:38 Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı? | 12:32 200 min manatlıq rüşvətə görə həbs edilən vəzifəli şəxslərdən xəbər var | 12:22 Müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiyalar elan edilir | 12:20 Oğuzda meşədən yanmış kişi meyiti tapıldı | 12:19 25 gün meteor yağışı olacaq | 12:09 İşdən çıxarılan şəxslərə kredit borcları ilə bağlı şad xəbər | 11:44 Novxanı-Pirşağı yolunda qəza: 5 nəfər xəsarət aldı |
Mojo.az Avto
Mojo.az Avto

"Özünü idarə edə bilmir" - Davranış pozuntusu olan uşaq məktəbə niyə qaytarılıb? - VİDEO

22.08.2026 22:44 612
Paytaxt sakini Dünya Dadaşova Baku TV-nin qaynar xəttinə müraciət edərək 13 yaşlı, əlilliyi olan övladı Tunar Dadaşovun təhsili ilə bağlı yaşadığı çətinliklərdən danışıb. Ana övladının xüsusi qayğıya ehtiyacı olduğunu bildirib.

Məlumata görə, yeniyetmə daha əvvəl məktəbdə və cəmiyyətdə aqressiv davranışlar nümayiş etdirib, həmyaşıdlarına xəsarət yetirib. Buna görə də aidiyyəti qurumun qərarı ilə evdə təhsilə yönləndirilib.

Lakin bir müddət əvvəl şagirdin təhsilini 254 nömrəli tam orta məktəbdə davam etdirməli olduğu bildirilib. D.Dadaşova övladının davranışlarını idarə etməkdə çətinlik çəkdiyini və onun yenidən həmyaşıdları ilə problem yaşaya biləcəyindən narahat olduğunu deyib.

Valideyn məsələ ilə bağlı narahatlığını belə ifadə edib:

"Övladım II qrup əlilliyi və ciddi davranış pozuntusu olan uşaqdır. Dərman qəbul etməsə, özünü idarə edə bilmir. 5-ci sinfə qədər kütləvi məktəbdə oxusa da, aqressiv davranışlarına görə evdə təhsilə keçirilmişdi. Son iki il ərzində evdə sakit şəkildə təhsil alırdı. İndi isə onu yenidən 254 nömrəli tam orta məktəbə yönləndiriblər. Özünü idarə etməkdə çətinlik çəkən, evdə və həyətdə uşaqlara xəsarət yetirən bir uşağın kütləvi təhsilə qayıtması təhlükəlidir. Məktəbdə baş verə biləcək bədbəxt hadisənin məsuliyyətini kim daşıyacaq?!"

Son xəbərlər