Mojo.az Banner
15:35 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı (Yenilənib)  |     15:33 Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən şəxsə məhkəmə ağır cəza verdi  |     15:32 Paşinyan: "Türkmənistanda İlham Əliyevlə təmaslar ola bilər"  |     15:26 Paşinyan Zəngəzurda saxlanılan əsgərimiz barədə: "Biz onu həmin gün qaytara bilərdik"  |     15:21 İranda ekoloji böhran Azərbaycana çata bilərmi?  |     14:52 Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq  |     14:50 Berdiməhəmmədov: "Mərkəzi Asiya və Azərbaycan formatı iqtisadi və texnoloji inkişaf üçün ilkin şərtlər yaradır"  |     13:41 Berdiməhəmmədov: "Türkmənistan Azərbaycanda görüşün hazırlanmasına köməklik göstərəcək"  |     13:38 Suriyadan gətirilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb  |     12:51 Mirziyoyev: "Azərbaycanın sədrliyi ilə C6 formatı yeni impuls qazanacaq"  |     12:42 Rəhmon: "Tacikistan C6-ya sədrliyində Azərbaycanı dəstəkləməyə hazırdır"  |     12:41 Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xəttinin bərpası tenderi baş tutmayıb  |     12:33 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |     12:31 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı  |     12:06 Tokayev: "Mərkəzi Asiya və Azərbaycan Avrasiyada geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləridir"  |     12:04 Süni intellekt təhsili dəyişir – Dərs müddəti qısaldıla bilər  |     11:58 Berdiməhəmmədov: "Azərbaycanın C5-ə qoşulması Asiya və Avropa ilə əməkdaşlıq perspektivləri açır"  |     11:54 Bakıda hotellərdən birinin fəaliyyəti dayandırıldı - Video  |     11:51 Səfərbərlik Xidmətinin vəzifəli şəxsi barədə cinayət işi məhkəməyə göndərildi  |     11:44 Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Şagirdlərin NƏZƏRİNƏ: Nazirlikdən onuncu sinfə qəbulla bağlı məlumat

16.08.2021 13:11 1 344
Şagirdlərin NƏZƏRİNƏ: Nazirlikdən onuncu sinfə qəbulla bağlı məlumat
Təhsil Nazirliyi 2021-2022-ci tədris ili üçün şagirdlərin X sinfə qəbulu ilə bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, ümumi orta təhsil səviyyəsini bitirən və müvafiq təhsil sənədi (ümumi orta təhsil haqqında attestat, ümumi orta təhsil səviyyəsini xarici ölkədə bitirmiş şagirdlər üçün ümumi orta təhsil haqqında attestatın ekvivalenti hesab edilən təhsil sənədi) alan şagirdlər X sinfə qəbul edilə bilərlər.

Bildirilib ki, övladının ümumi orta təhsil səviyyəsini bitirdiyi məktəbdə X sinfə qəbul olunmasını istəyən valideynlər 18 avqust 2021-ci il tarixinədək ümumi orta təhsil haqqında attestat əlavə olunmaqla məktəbin direktoruna ərizə ilə müraciət etməlidirlər.

Övladının ümumi orta təhsil səviyyəsini bitirdiyi məktəbdə deyil, digər məktəbdə X sinfə qəbul olunmasını istəyən valideynlər (qanuni nümayəndə) bu halda 25 avqust 2021-ci il tarixindən 10 sentyabr 2021-ci il tarixinədək “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin “Şagird yerdəyişməsi” alt sistemi vasitəsilə (www.sy.edu.az) X sinfə qəbul üçün seçdikləri məktəblərə sorğu verməlidirlər. Digər məktəbdən gələn şagirdin X sinfə qəbulu zamanı onun əvvəl oxuduğu məktəbdə öyrəndiyi xarici dil mütləq nəzərə alınır. Övladının digər xarici dil tədris olunan məktəbin X sinfinə qəbulu ilə bağlı valideynin proqram təminatındakı sorğusuna yaşadığı (köçdüyü) ərazidə şagirdin əvvəl öyrəndiyi xarici dil tədris edilən başqa tam orta məktəb olmadığı halda razılıq verilir.

Ümumi orta məktəbləri bitirən şagirdlərin valideynləri (qanuni nümayəndə) övladlarının tam orta təhsil səviyyəsi üzrə təhsilini davam etdirmək istədikləri halda 25 avqust 2021-ci il tarixindən 10 sentyabr 2021-ci il tarixinədək “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin “Şagird yerdəyişməsi” alt sistemi vasitəsilə ( www.sy.edu.az) X sinfə qəbul üçün seçdikləri tam orta məktəblərə sorğu verməlidirlər.

Xarici ölkələrdə ümumi orta təhsil səviyyəsini bitirib müvafiq təhsil sənədi almış şagirdlərin valideynləri övladlarının X sinfə qəbulu üçün 25 avqust 2021-ci il tarixindən etibarən 10 sentyabr 2021-ci il tarixinədək “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin “Şagird yerdəyişməsi” alt sistemi vasitəsilə (sy.edu.az) seçdikləri məktəbə sorğu verə bilərlər.скачать dle 11.3
Mojo.az Banner