Mojo.az Banner
23:00 700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO  |     22:54 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?  |     22:46 Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər  |     22:41 “Mançester Yunayted” və “Sabah”ın start heyətləri açıqlandı  |     22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |     22:14 Şirvanda ata oğlunun toyunda həbs edildi  |     22:08 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır  |     22:03 Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı  |     21:56 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO  |     21:49 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ  |     21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |     21:17 Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...  |     21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |    
Left Banner
Right Banner

Məktəbdəki biabırçı hadisəyə direktordan MÜNASİBƏT: “Şagird həmin hərəkəti zarafat məqsədilə edib” - VİDEO

20.02.2024 13:07 1 989
Məktəbdəki biabırçı hadisəyə direktordan MÜNASİBƏT: “Şagird həmin hərəkəti zarafat məqsədilə edib” - VİDEO
11-ci sinif şagirdinin başqa bir yeniyetmə qıza qarşı qeyri-etik hərəkətlər etməsini əks etdirən video ətrafında müzakirələr davam edir.

Məsələ ilə bağlı Baku TV-yə danışan Bakının 156 nömrəli məktəbinin direktoru Gülər İsmayılova hadisənin iştirakçısı olan şəxsin onun rəhbəri olduğu məktəbdə təhsil aldığını bildirib:

“Hadisə yanvarın 17-si, məktəbdənkənar zamanda, təxminən günorta saat 3-dən sonra baş verib. Bizim məktəbdə dərslər saat ikiyə qalmışdan bitir. Hadisə zamanı görünən iki nəfərdən yalnız biri bizim şagirdimizdir. Onlardan 11-ci sinif şagirdi bizim məktəbdə oxuyur, digər şəxs isə onun qonşusudur.

Həmin şagirdin oxuduğu zaman hansısa psixoloji pozuntusu olduğu, həmçinin, onun məktəbdə oxuyan digərlərinə qarşı neqativ hərəkətlər etdiyi nəzərə çarpmayıb.

Biz fevralın 14-də həmin hadisəni bildikdən sonra valideynlər məktəbə dəvət olunublar. Bildirilib ki, şagird həmin hərəkəti zarafat məqsədilə edib”.

Qeyd edək ki, sosial şəbəkələrdə 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılıb. Dövlət qurumları görüntülərlə bağlı araşdırma aparırlar.скачать dle 11.3
Mojo.az Banner