Çin heyətinin olduğu yük gəmisi batdı: 24 nəfərin taleyi açıqlanmayıb
Bu barədə PTI agentliyi məlumat yayıb.
Gəminin göyərtəsində 24 heyət üzvü olub. Gəmi Odişadan dəmir filizi yükü ilə Sinqapura gedirmiş. Avqustun 20-də Paradip limanına daxil olan gəmi daha sonra yoluna davam edib.
Hadisədən sonra Hindistan Sahil Mühafizəsi və Hərbi Dəniz Qüvvələri axtarış-xilasetmə əməliyyatına başlayıb. Ərazidə olan digər gəmilərə də xəbərdarlıq edilərək xilasetmə işlərinə kömək göstərilməsi xahiş olunub.
Yerli polis nümayəndəsi agentliyə bildirib ki, hakimiyyət orqanları hələlik neçə nəfərin xilas edildiyini müəyyənləşdirməyə çalışır.
"Biz neçə heyət üzvünün xilas edildiyini dəqiq bilmirik", - deyə o bildirib. Polis nümayəndəsi dənizçilərin əksəriyyətinin Çin vətəndaşları olduğunu da əlavə edib.
