Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

İndoneziya sahillərində gəmi yoxa çıxdı

26.08.2019 12:52 3 717
İndoneziya sahillərində gəmi yoxa çıxdı
İndoneziya sahilləri yaxınlığında fəlakət siqnalı verdikdən sonra nikel filizi daşıyan yük gəmisi ilə əlaqə kəsilib.

"RİA Novosti" xəbər verir ki, bu barədə "Sinhua" agentliyi yerli hökumətə istinadən məlumat yayıb.

Məlumata əsasən, göyərtəsində 25 nəfərin olduğu "MV Nur Allya" gəmisi ilə bağlı hadisə bazar günü baş verib.

Axtarış-xilasetmə əməliyyatları üzrə milli mərkəzin nümayəndəsi Yusuf Lətifin bildirdiyinə görə, gəmi Cənub-Şərqi Sulavesi əyalətinə tərəf hərəkət edib və Buru adası yaxınlığından keçərkən fəlakət siqnalı verib, bundan sonra əlaqə kəsilib. Siqnal gəminin təhlükədə olduğunu bildirib.

Yerli xilasetmə xidmətinin başçısı Muslimin Səmailə xilasedicilərin dərhal son siqnalın verildiyi yerə yollandığını deyib. Lakin əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, gecə əməliyyat dayandırılmalı olub. O, bu gün axtarışların davam edəcəyini əlavə edib.

Son xəbərlər