Bu adada rekord sayda uzunömürlü insan yaşayır: Onlar hər gün nə yeyirlər?
Yaponiyanın Okinava adası dünyada uzunömürlü insanların yüksək konsentrasiyası ilə tanınan bölgələrdən biridir. Adada 100 yaşına çatan insanların çoxluğunun uzunömürlülüyünün qidalanma xüsusiyyətləri ilə əlaqəli ola biləcəyi bildirilir.
Qaynarinfo xəbər verir ki, “Space Daily”nin yazdığına görə, Okinavalıların qidalanması ilə bağlı mühüm məlumatlar 1949-cu ildə ABŞ-ın işğal administrasiyası tərəfindən aparılan araşdırmadan sonra əldə edilib. Həmin vaxt məlum olub ki, ada sakinləri gündəlik kalorilərinin təxminən 69 faizini batatdan, yəni şirin kartofdan alırdılar. Donuz əti, balıq, yumurta və süd məhsullarının birlikdə payı isə 4 faizdən az idi.
Rasion məşhur təsvirlərdə göründüyündən daha müxtəlif olub. Şirin kartofla yanaşı, yarpaqlı tərəvəzlər, soya, dəniz yosunları və acı qovun da istehlak edilirdi. Donuz əti yalnız ara-sıra süfrəyə gəlirdi. Balıq da qidalanmanın əsasını təşkil etmirdi, düyü isə daha çox bayram yeməyi hesab olunurdu. Araşdırmanın nəticələrinə görə, rasionun təxminən 85 faizini karbohidratlar, 9 faizini zülallar, 6 faizini isə yağlar təşkil edirdi.
Laboratoriya tədqiqatları batatın antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malik olduğunu göstərib. Lakin məhz bu xüsusiyyətlərin insanların ömrünü uzatdığını təsdiqləyən kifayət qədər sübut yoxdur.
Okinavanın uzunömürlülük fenomeni
Okinavanın uzunömürlülük fenomeni sonradan “mavi zonalar” adlanan uzunömürlülük konsepsiyasının bir hissəsinə çevrilib. Bu termin əvvəlcə Sardiniyada uzunömürlü insanların araşdırılması zamanı ortaya çıxıb, daha sonra jurnalist Den Byuttner tərəfindən populyarlaşdırılıb.
Bu siyahıya Okinava ilə yanaşı, Sardiniya, Kosta-Rikadakı Nikoya, Yunanıstandakı İkariya və ABŞ-ın Loma-Linda şəhərində yaşayan Yeddinci gün adventistləri icması daxil edilib.
Lakin sonrakı onilliklər tədqiqatçılara mühüm müqayisə imkanı verib. Bu gün uzunömürlü hesab olunan yaşlı Okinava sakinləri əsasən batatın üstünlük təşkil etdiyi ənənəvi rasionla böyüyüblər. Onların övladları və nəvələri isə fərqli qidalanmağa başlayıblar.
1945-ci ildən sonra konservləşdirilmiş ət, buğda unu, şəkər və qızardılmış qidaların istehlakı geniş yayılıb. Təkcə 1950-1960-cı illər arasında şirin kartofun istehlakı təxminən 90 faiz azalıb və onun yerini düyü, çörək və donuz əti tutub.
Bu dəyişikliklər fonunda demoqrafik göstəricilər də dəyişib. 2000-ci ildə Okinavada kişilərin orta ömür uzunluğu Yaponiyanın 47 prefekturası arasında 26-cı yerə düşüb. Halbuki ada təxminən 30 il ərzində bu göstərici üzrə birinci yerdə olub. Eyni zamanda piylənmə göstəriciləri də sürətlə artıb.
Uzunömürlülük təkcə qida ilə bağlı deyil
Bununla belə, uzunömürlülüyü Okinavalıların həyat tərzinin digər xüsusiyyətlərindən ayırmaq mümkün deyil. “Hara hachi bu” ənənəsinə əsasən, insan süfrədən yüngül aclıq hissi ilə qalxmalıdır. Bununla yanaşı, qidaların aşağı kalorili olması və gündəlik yüksək fiziki aktivlik də mühüm rol oynayıb.
Mütəxəssislər hesab edirlər ki, məhz bu amillərin məcmusu konkret bir qidadan daha əhəmiyyətli ola bilər.
Müasir araşdırmalar da hər hansı bir məhsulu uzunömürlülüyün sirri adlandırmağa əsas vermir. 2026-cı ildə yarım əsrdən çox aparılmış uzunömürlülük tədqiqatlarını əhatə edən icmalın nəticələrinə görə, heç bir ayrı-ayrı qida, gen və ya həyat tərzi insanın həddindən artıq uzun yaşamasını təkbaşına izah etmir.
Tədqiqatçılar uzunömürlülüyün bitki mənşəli qidalar, fiziki aktivlik, sosial əlaqələr, fərdi xüsusiyyətlər, genetika və təsadüfün birləşməsindən qaynaqlandığını bildirirlər.