Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:31 Necə varlanmaq olar? Pulu banka qoyaq, qızıl alaq, yoxsa istiqraz?  |     13:20 Bakıda yeni park salınır - Foto  |     13:03 Azərbaycan neftinin qiyməti 127 dolları ötdü  |     13:02 "Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş  |     12:31 Milyarder İbrahim Süleymanova Rusiyada yekun ittiham irəli sürüldü  |     12:28 Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama  |     12:17 Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı  |     12:08 Nisyə pivə içən qəssab dostunu bıçaqladı - İmişlidəki cinayətin təfərrüatı  |     12:00 İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"  |     11:59 Dubayda qızıldan piyada yolu salınacaq  |     11:57 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video  |     11:55 Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"  |     11:53 Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video  |     11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |     11:17 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR  |     23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

"Başına torba keçirib..." - Sərhəddə həbs olunan Yadullanın anası

22.08.2026 19:15 279
Rusiya Federasiyasında hüquq-mühafizə orqanları tərəfindən qanunsuz olaraq saxlanılan Azərbaycan vətəndaşı Yadulla Ramiz oğlu Rufullayevin anası Aliyə Nəsir qızı Rufullayeva oğlunun əsassız həbs edildiyini, Rusiya müstəntiqləri tərəfindən amansız işgəncələrə və psixoloji təzyiqlərə məruz qaldığını bildirib.

Bu barədə Aliyə Rufullayeva "Trend"ə bildirib.

Onun sözlərinə görə, oğlu Y.Rufullayev yük avtomobili (TIR) sürücüsü kimi fəaliyyət göstərib və üç övladını dolandırmaq üçün çalışıb. Rusiya tərəfi ona qarşı Cinayət Məcəlləsinin 276.1-ci (casusluq) maddəsi ilə uydurma və heç bir sübuta söykənməyən ittiham irəli sürüb:

"Oğlumun idarə etdiyi nəqliyyat vasitəsi gömrük nəzarətindən tam təmiz keçib və Azərbaycana qayıtmaq üçün rəsmiləşdirilib. Lakin Rusiya hüquq-mühafizə orqanları onun rus dilini bilməməsindən istifadə edərək saxta sənədlərə məcburi qol çəkdiriblər. Bir il bir aydır ki, qanunsuz həbsdə saxlanılır. Rusiya müstəntiqləri istintaq zamanı onun başına torba keçirib, ağzını skoçlayıb, işgəncə veriblər. Rusiya tərəfi onu Azərbaycan dövlətinə qarşı böhtan xarakterli ifadələr verməyə məcbur edir. Oğlum isə "20 il yataram, amma dövlətimə xəyanət etmərəm" deyərək Rusiya orqanlarının bu qanunsuz tələblərini rədd edib".

Ailə başçısının Y.Rufullayev olduğunu və ailənin ağır sosial durumda yaşadığını qeyd edən ana Rusiya tərəfinin təyin etdiyi dövlət vəkillərinin də qərəzli və fəaliyyətsiz olduğunu vurğulayıb. Avqustun 31-də növbəti qanunsuz məhkəmə prosesinin keçiriləcəyi gözlənilir.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə, Azərbaycanın Rusiyadakı səfirliyinə, Ombudsman Aparatına və digər aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər olunub.

Aliyə Nəsir qızı Rufullayeva oğlunun sırf Azərbaycan vətəndaşı olduğuna görə Rusiya tərəfindən bu cür özbaşınalıq və diskriminasiya ilə üzləşdiyini vurğulayaraq, onun hüquqlarının müdafiə olunması və azadlığa buraxılması üçün dövlət dəstəyi xahiş edib.

Son xəbərlər