Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:54 Azərbaycanda zəlzələ oldu | 13:45 Sabirabadda kişi bıçaqlandı: Gəlini saxlanıldı | 13:32 Kartla ödənişlərdə daha çox pul xərcləyirik – AÇIQLAMA | 13:24 Bakıda ilk: Avtobuslar üçün ayrıca işıqforlar quraşdırılacaq | 13:22 Azərbaycan nefti ucuzlaşıb | 13:21 Qısqanclıq zəminində həyat yoldaşını döyən şəxs cərimələndi | 13:20 Təhsilə xərclənTəhsilə xərclənən milyardlar - Rəsmi rəqəmlər açıqlandıən milyardlar - Rəsmi rəqəmlər açıqlandı | 13:07 Gürcüstanda keçmiş arvadını öldürtmək üçün killer tutan azərbaycanlı siyasətçi həbs edildi | 13:02 Rəsmi Bakıdan Fransaya etiraz: "Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinin" | 12:50 Gülarənin qətli əvvəlcədən planlaşdırılmışdı? - VİDEO | 12:28 Şahzadə Harri Rusiyaya qarşı döyüşməyə hazır olduğunu bəyan etdi | 12:14 Təbrizdə silahlı insident: Azərbaycanlı hakim və ailə üzvləri qətlə yetirildilər | 12:11 Sənədsiz evlərin sahiblərini hansı problemlər gözləyir? – AÇIQLAMA | 12:05 "GTA 6"nın qurucusu Alim Qasımovun ifasını necə tapıb? | 12:03 Paytaxtda bəzi yollar bağlanacaq - Səbəb | 11:57 Məleykə Abbaszadə DİM-dən getdi, rektor təyin olundu - Sərəncam | 11:46 Deputatdan pabda oxuyan Xalq artistinə: "Sənətini harada gəldi nümayiş etdirməməlidir" | 11:43 Nərman Qocatürkün meyiti tapıldı | 23:04 Sabah bəzi ərazilərdə qaz olmayacaq | 22:49 “Polat Alemdar” ekranlara qayıdır? |
Mojo.az Avto
Mojo.az Avto

AZAL Bakı-İstanbul-Bakı reysi üzrə aviabilet satışına başladı - VİDEO

26.06.2020 17:15 3 989
AZAL Bakı-İstanbul-Bakı reysi üzrə aviabilet satışına başladı - VİDEO
Azərbaycanın milli aviadaşıyıcısının www.azal.az saytında Bakı-İstanbul-Bakı marşrutu üzrə reyslərə aviabilet satışı başlanıb.

İyulun 2-dən avqustun 29-dək AZAL aviaşirkəti həftədə iki dəfə (cümə axşamı və şənbə günlər) Bakı və İstanbul arasında uçuşlar həyata keçirəcək.

Qeyd edilib ki, “Azərbaycan Hava Yolları”ndan başqa, iyulun 1-dən etibarən “Türk Hava Yolları”da Bakı və İstanbul arasında həftədə iki dəfə (çərşənbə və cümə günlər) uçuşlar yerinə yetirəcək.

Beləliklə, iyulun 1-dən etibarən Bakı və İstanbul arasında xüsusi aviareyslərin sayı həftədə dörd dəfəyədək artırılacaq. Bunun sayəsində tələbələrin və vətəndaşların digər ölkələrdən İstanbul üzərindən tranzit keçməklə Azərbaycana qayıtması üçün imkan yaranacaq. 

Bundan əlavə, həmin reyslərdə AZAL xarici ölkələrdə təhsil alan, miqrasiya vəsiqəsində müvafiq qeyd olan azərbaycanlı tələbələrə 30% güzəştlə aviabilet təqdim edəcək. AZAL-ın saytında aviabilet alışı zamanı tələbələr miqrasiya vəsiqəsinin surətini aviaşirkətin çağırış mərkəzinə göndərməlidirlər və onlara güzəştli aviabiletin dəyərinin ödənilməsi üçün link təqdim ediləcək.

Xüsusilə qeyd etmək lazımdır ki, miqrasiya vəsiqəsinin əsli hava limanında qeydiyyat zamanı təqdim edilməlidir. Miqrasiya vəsiqəsi olmadığı təqdirdə sərnişin reysə buraxılmayacaq.

Yeni qaydalara uyğun olaraq yalnız  koronavirus (COVID-19) testindən keçmiş sərnişinlər uçuşlara buraxılır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısı bunlardır:

- “İnci” laboratoriyası. Ünvan: Bülbül prospekti, 40. Əlaqə telefonu: ‪+994 51 229 49 80‬;

- “Referans” kliniki laboratoriya mərkəzi. Ünvan: Mirzəbala Məmmədzadə küçəsi. Əlaqə telefonu: ‪+994 70 653 00 33‬;

- “Memorial Klinik“. Ünvan: Qara Qarayev prospekti, 38a. Əlaqə telefonu: ‪+994 12 520 30 40‬.

Daha əvvəl məlumat verildiyi kimi, İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən “Memorial Sağlık Grubu” klinikaları və ya Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan digər klinikalardan biri tərəfindən verilmiş COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir: https://covid19bilgi.saglik.gov.tr/tr/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi

İstanbuldan tranzit keçməklə digər ölkələrdən qayıdan sərnişinlər həmin ölkənin Səhiyyə Nazirliyi (və ya digər səlahiyyətli orqan) tərəfindən sertifikasiya olunan laboratoriyadan yaxud  yuxarıdakı siyahıda qeyd olunan Türkiyə klinikalarından birində müayinədən keçmə barədə arayış təqdim edə bilər.

İstənilən halda test uçuşdan ən gec 48 saat əvvəl verilməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, həmin reyslə Bakıya gələn bütün sərnişinlər iki həftəlik özünütəcrid rejiminə keçməli olacaqlar. Bu məqsədlə, uçuş zamanı özünütəcrid rejimində ola biləcəkləri yaşayış ünvanını qeyd etməklə bəyannamə doldurmalı olacaqlar. 8103 nömrəsinə SMS göndərməklə alınan icazə həmin şəxslərə şamil olunmur.

AZAL-ın yeni qaydalarına əsasən, yalnız qadın əl çantasının və ya kişi portfelinin, yaxud 30x35x10 sm ölçüdən böyük olmayan portativ kompüter üçün çantanın (çanta yalnız təyinatı üzrə istifadə edilməlidir) əl yükü qismində daşınmasına icazə verilir. Digər baqaj, o cümlədən kağız və polietilen paketlər qeydiyyatdan keçirilərək baqaj bölməsinə təhvil verilməlidir. "Duty Free" mağazalarından alınan əşyaların da təyyarədə əl yükü qismində daşınması qadağandır.

Xatırladaq ki, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarənin göyərtəsində xüsusi qaydalar tətbiq olunur.

“Azərbaycan Hava Yolları” tərəfindən hazırlanmış videotəlimatı təqdim edirik:

Son xəbərlər