Mojo.az Banner
20:03 1700 hektar ərazi minalardan təmizlənib  |     19:55 "İmişli" Nazim Hüseynovla yollarını ayırdı  |     19:50 Narkotiklərin qanunsuz dövriyyəsinə görə 33 əcnəbi məsuliyyətə cəlb edilib  |     19:42 İmişlidə təkər təmiri sexində partlayış - Xəsarət alanlar var  |     19:37 Sabah 36° isti olacaq  |     19:29 Dövlət əmlakını özəl əmlakla dəyişdirmək mümkün olacaq  |     19:23 Birinci Qarabağ müharibəsinin veteranı vəfat etdi  |     19:15 Kolleclərə qeydiyyat başlayır  |     19:10 Azərbaycanda 46 partlayış olub - 4 nəfər ölüb  |     19:02 Zəngəzur dəhlizi barədə mühüm xəbər açıqlandı - VİDEO  |     18:57 Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var (Video)  |     18:49 Sərhədi qanunsuz keçən PUA-nı NATO qırıcısı vurdu  |     18:43 8 ay əvvəl qəzalı vəziyyətə düşmüş körpü hələ də bərpa edilməyib - Video  |     18:35 Narkotikin təsiri altında maşın sürdü - həbs olundu  |     18:27 Yemək qoxusundan bezmisiniz? – Bu üsullar kömək edə bilər  |     18:17 Sabirabadda iki avtomobil toqquşub: Xəsarət alanlar var  |     18:09 Böyükşor gölündən buna görə pis qoxu gəlirmiş - RƏSMİ  |     18:07 Samuxda 12 yaşlı oğlan su kanalında batıb  |     17:50 Azərbaycanda DÖVLƏT BORCUNUN həcmi bilindi  |     17:37 Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib  |    
Left Banner
Right Banner

AZAL-dan kənar şirkətlərin bilet satması ilə bağlı RƏSMİ AÇIQLAMA

30.06.2020 20:27 2 518
AZAL-dan kənar şirkətlərin bilet satması ilə bağlı RƏSMİ AÇIQLAMA
Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi reyslərə aviabiletlərin müxtəlif şəxslər tərəfindən satılması barədə müxtəlif məlumatların yayılması ilə əlaqədar olaraq Azərbaycanın milli aviadaşıyıcısı yalnız rəsmi məlumata etibar etməyi və digər mənbələrdən alınan müxtəlif təkliflərə inanmamağı sərnişinlərdən xahiş edir.

Bu barədə Oxu.Az-a AZAL-dan məlumat verilib.

Belə ki, hazırda aviabiletlər yalnız AZAL və “Türk Hava Yolları” aviaşirkətlərinin rəsmi internet saytlarında satılır.

Xatırladırıq ki, 2020-ci ilin 2 iyul tarixindən 29 avqust tarixinədək AZAL həftədə iki dəfə (cümə axşamı və şənbə günləri) Bakı və İstanbul arasında uçuşlar həyata keçirəcək.

“Türk Hava Yolları” aviaşirkəti 1 iyul tarixindən etibarən çərşənbə və cümə günləri reyslər həyata keçirəcək.

Aviabiletlər hər hansı digər kənar resurslardan alındığı təqdirdə etibarsız aviabilet əldə etmək və ödənilən vəsaiti itirmək təhlükəsi mövcuddur. Bu qəbildən təkliflər meydana çıxdığı halda araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır.

Qeyd edək ki, bəzi turizm şirkətləri insanlara rəsmi elan edilməyən müxtəlif vaxt üçün biletlər satılır.скачать dle 11.3
Mojo.az Banner