Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:01 Lənkəranda avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb | 16:59 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiqlədi | 16:40 Valideynlərin cibinə, uşaqların dərs yükünə daha bir zərbə: Yeni imtahan təklifi | 16:16 "TikTok"da telefon satışı adı ilə dörd nəfəri aldadıb pullarını qumara qoydu – Cəzalandırıldı | 16:13 Orta aylıq maaşla Bakıda ev almaq: "50 il lazımdır" | 16:08 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi | 15:01 Deputat Fazil Mustafa QHT-lərlə bağlı yeni qaydaları izah etdi: Məqsəd nədir? | 14:58 Vilyam Hacıyev azadlığa buraxıldı | 14:49 Müştəri avtoservisdə ustanın beş min manatını oğurladı | 14:33 Skuter sürənlərə məcburi dəbilqə tələbi mikromobilliyə zərbə vura bilər - AÇIQLAMA | 14:22 Həyətyanı torpaqlara çıxarış almaq asanlaşır - Parlament razılıq verdi | 13:52 Axtarışda olan şəxsi gizlətməyin cəzası AÇIQLANDI | 13:22 Ordubadda itkin düşən şəxs Türkiyədə tapıldı | 13:17 İnsan öldükdən sonra onu təhqir edənləri nə gözləyir? – İlahiyyatçıdan AÇIQLAMA | 12:54 Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi tarix açıqlandı | 12:48 Məleykə Abbaszadə tələbələrin şikayətini nəzarətə götürdü, işçi qrup yaratdı | 12:36 İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib | 12:34 Valideynlər uşaqları internet təhlükələrindən necə qorumalıdır? | 12:25 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı | 12:23 Bəzi texnikaların idxalı ƏDV-dən azad olunacaq |
Mojo.az Avto
Mojo.az Avto

Deputatdan sərt AÇIQLAMA: “Sədaqətini şərabla konvertasiya edən Abel Məhərrəmov…”

22.08.2020 21:29 1 818
Deputatdan sərt AÇIQLAMA: “Sədaqətini şərabla konvertasiya edən Abel Məhərrəmov…”
“Hər bir vəzifəli şəxs təmsil etdiyi qurumun nüfuzuna xələl gətirə biləcək davranışın qarşısını almalıdır. Biz vəzifəli şəxslər də təkcə çalışdığımız qurumda deyil, qurumdan kənardakı fəaliyyətimizə görə də məsuliyyət daşıyırıq”.

Bunu APA-ya açıqlamasında deputat Kamal Cəfərov deyib.

O bildirib ki, vəzifə üstünlük deyil: “Məhz biz deputatların təşəbbüsü ilə İnzibati Xətalar Məcəlləsinə karantin rejiminin pozulması ilə bağlı yeni maddə əlavə edilib, daha sonra həmin maddənin sanksiyasını daha da sərtləşdirmişik. Əgər qəbul etdiyimiz qanunları özümüz pozsaq, onda nə bizə, nə də təmsil etdiyimiz quruma ictimai etimad olacaq.

Məhkəmənin qərarı ilə sabiq deputat İlham Əliyevin 15 sutka həbs alması, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzova töhmətin verilməsi bir daha göstərdi ki, Azərbaycanda hamı qanun qarşısında bərabərdir, heç kim qanundan üstün ola bilməz, vəzifəsindən və statusundan asılı olmayaraq qanunu pozan hər bir şəxs məsuliyyətə cəlb olunur və olunacaq.

Bu, qanunun tələbi və Azərbaycan Prezidentinin ali iradəsidir”.

Deputat qeyd edib ki, eyni zamanda sədaqətini şərabla konvertasiya edən Abel Məhərrəmov həm mənəvi, həm də inzibati məsuliyyət daşıyır.

Son xəbərlər