Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Ülvi Quliyev: “Abel Məhərrəmovun həmin məclisdə etdiyi çıxış da xeyir-dua sağlığı deyildi”

22.08.2020 16:51 2 176
Ülvi Quliyev: “Abel Məhərrəmovun həmin məclisdə etdiyi çıxış da xeyir-dua sağlığı deyildi”
“Dünən sosial şəbəkələrdəki paylaşımlar rekord qırırdı. Səbəbi isə o idi ki, yüksək vəzifəli və rəsmi statusu olan şəxslər toy məclislərinin qadağan edildiyi karantin dövründə təmtəraqlı toy məclisində iştirak ediblər. Tədbirdən çəkilən video-materiallar, təbii ki, insanların diqqətindən yayınmayıb. AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsinin, sabiq deputat həmkarımız İlham Əliyevin övladının toy məclisindən yayılan videokadrlar xüsusi ictimai narazılıqla qarşılandı”.

Bunu Unikal.org-a açıqlamasında deputat Ülvi Quliyev deyib.

“Karantinlə bağlı Azərbaycan Hökumətinin müəyyən etdiyi qaydalar var və onlar qüvvədədir. Bu qaydalara görə toy və yas mərasimlərinin, kütləvi tədbirlərin keçirilməsi əhalinin sağlamlığı naminə müvəqqəti də olsa qadağan edilib. Bu qadağalara əməl etmək, kimliyindən asılı olmayaraq, hər kəsin vətəndaşlıq borcudur. Ola bilməz ki, sıravi vətəndaşdan bunu tələb edəsən, əməl etməyəni cəzalandırasan, vəzifəsi və imtiyazı olan şəxsə isə güzəştə gedəsən.

Sosial ədalət, hamının qanun qarşısında bərabərliyi deyilən prinsiplər var. Əgər kimsə dünənki, bugünkü statusundan istifadə edib bu prinsiplərə kölgə salırsa, dövlətə və hakimiyyətə qarşı münasibətdə vətəndaşlara inamsızlıq və etibarsızlıq hissini aşılayırsa, belələri həm mənəvi, həm də hüquqi baxımdan məsuliyyət daşımalıdırlar. Klassiklərin bir deyimi var: cinayət var cəza yoxdur, cəza var cinayət yoxdursa, bu mizan-tərəzinin pozulması deməkdir. Belə ab-havanı cəmiyyətimizdə formalaşdırmağa çalışanlar mütləq sərt ictimai qınaqla üzləşirlər və üzləşəcəklər, qanun da öz yerində”.

“Keçmiş deputat həmkarım, akademik Abel Məhərrəmovun həmin məclisdə etdiyi çıxış da xeyir-dua sağlığı deyildi, toy mərasimini siyasi tədbirə çevirmək təsirini bağışlayırdı.

Azərbaycan dövləti qarşısında kimin nə kimi xidmətlərinin olduğunu cənab Prezident bilə bilər, qiyməti isə xalq verər. Abel müəllimin nə Prezidentin adından qiymət vermək, nə də xalqın adından danışmaq səlahiyyəti var.

Həmkarım S.Novruzovun həmin toy məclisində iştirakına, bununla bağlı sonradan sosial mediada verdiyi açıqlamalara isə təəssüf edirəm.

Azərbaycan dövlətinə, onun Qanunlarına, dövlətimizi təmsil edən Prezident cənab İlham Əliyevin yürütdüyü siyasətə bilərəkdən yaxud bilməyərəkdən kölgə salan, hakimiyyətə qarşı vətəndaşlarda etimadsızlıq yaradan hərəkətlər ictimai qınağa, hüquqi qiymətə məhkumdur. Başqa cür olmayacaq!”, - deyə millət vəkili bildirib.скачать dle 11.3
Mojo.az Banner