Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Qənirə Paşayeva: “Heç kim qanundan üstün deyil, heç kim dövlətə meydan oxuya bilməz”

22.08.2020 17:58 1 806
Qənirə Paşayeva: “Heç kim qanundan üstün deyil, heç kim dövlətə meydan oxuya bilməz”
"Bu günlərdə sosial mediada, bəzi KİV-də yayılmış, yüksək vəzifələr daşımış, hazırda da yüksək titul və vəzifə daşıyan şəxslərin iştirakı ilə keçirilmiş toy mərasimi ilə bağlı materiallarla tanış olduqda, doğrusu, öncə inanmağım gəlmədi. Düşündüm ki, yanlış informasiya olar, ayrı vaxt baş tutmuş toydan "montaj” olar və s. Lakin sonra toyun bəzi iştirakçıları faktı təsdiq etdikdə, bir vətəndaş, bir Millət vəkili olaraq, bundan çox təəssüf hissi keçirdim. İlk növbədə, ona görə ki, özü örnək göstərməli olan yaşı, daşıdığı vəzifə etibarı ilə mənəvi məsuliyyətdən heç cür kənarda tutula bilməyəcək şəxsin ailəsində toy olması, yüzlərlə təxirə salınmış toy yiyələrində ikili hisslər doğuracaq: qayda-qanun hamı üçün deyilmi?! Üstəlik, bu toyu edən, orada iştirak edən bir sıra yüksək titul və vəzifəli şəxslər, karantin qaydalarına əməl etməkdən, hətta, bu qaydaların sərtləşdirilməsindən dəfələrlə danışıb, yazıbsa, indi bu ikiləşməni necə izah etmək olar?”

Bunu APA-ya açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.

Millət vəkili bildirib ki, burada işin ən bağışlanmaz tərəflərindən biri də, üzrxahlıq etməkdənsə, özünü haqlı çıxarmaq və yaxud susmaqdır: "Heç bir vəzifəli şəxs, cənab Prezidentin "Heç kəs qanundan üstün deyil”, "Qaydlar hamı üçündür” kimi fikirlərini, cənab Prezidentin şəxsi nümunəsini, özəliklə karantin dövründəki örnək addımlarını, çağırışlarını unutmamalıydı!

Mən məsələnin hüquqi tərəfini gözardı etmədən, daha çox mənəvi məsuliyyətini qeyd etmək istərdim.

Elə bilirəm, aktiv sosial media iştirakçılarının, ictimai fikri qidalandıran ziyalıların, sadə vətəndaşların verdiyi reaksiyalar da birmənalı şəkildə, toy sahibiləri və iştirakçılarını haqlı qınağa tutur, onları izahata, üzrxahlığa dəvət edir. Onlar bunu etməyə özlərində güc tapmalıdır. Məsələnin hüquqi tərəflərinə gəlincə, cənab Prezidentin də söylədiyi kimi, heç kəs qanundan üstün deyil, bütün vətəndaşlar statusundan, imkanlarından asılı olmayaraq qanun qarşısında bərabərdir və cəmiyyətimiz bir daha bunun şahidi olur”.

Q. Paşayeva bildirib ki, vəzifəsindən və mövqeyindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir: "Heç kim qanunlardan üstün deyil, heç kim dövlətə meydan oxuya bilməz”.скачать dle 11.3
Mojo.az Banner