Mojo.az Banner
16:05 Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi  |     15:51 Səbuhi Əliyevə vəzifə verildi  |     15:35 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı (Yenilənib)  |     15:33 Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən şəxsə məhkəmə ağır cəza verdi  |     15:32 Paşinyan: "Türkmənistanda İlham Əliyevlə təmaslar ola bilər"  |     15:26 Paşinyan Zəngəzurda saxlanılan əsgərimiz barədə: "Biz onu həmin gün qaytara bilərdik"  |     15:21 İranda ekoloji böhran Azərbaycana çata bilərmi?  |     14:52 Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq  |     14:50 Berdiməhəmmədov: "Mərkəzi Asiya və Azərbaycan formatı iqtisadi və texnoloji inkişaf üçün ilkin şərtlər yaradır"  |     13:41 Berdiməhəmmədov: "Türkmənistan Azərbaycanda görüşün hazırlanmasına köməklik göstərəcək"  |     13:38 Suriyadan gətirilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb  |     12:51 Mirziyoyev: "Azərbaycanın sədrliyi ilə C6 formatı yeni impuls qazanacaq"  |     12:42 Rəhmon: "Tacikistan C6-ya sədrliyində Azərbaycanı dəstəkləməyə hazırdır"  |     12:41 Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xəttinin bərpası tenderi baş tutmayıb  |     12:33 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |     12:31 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı  |     12:06 Tokayev: "Mərkəzi Asiya və Azərbaycan Avrasiyada geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləridir"  |     12:04 Süni intellekt təhsili dəyişir – Dərs müddəti qısaldıla bilər  |     11:58 Berdiməhəmmədov: "Azərbaycanın C5-ə qoşulması Asiya və Avropa ilə əməkdaşlıq perspektivləri açır"  |     11:54 Bakıda hotellərdən birinin fəaliyyəti dayandırıldı - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Elman Nəsirov da Ramiz Mehdiyevi tənqid etdi: “Özlərini qanundan üstün tuturlar”

22.08.2020 19:00 1 629
Elman Nəsirov da Ramiz Mehdiyevi tənqid etdi: “Özlərini qanundan üstün tuturlar”
“Sərt karantin rejiminin tətbiq olunduğu bir vaxtda akademik Ramiz Mehdiyevin nəvəsinə toy etməsi çox təəssüf və təəccüb doğurur”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında koronavirus pandemiyasına qarşı olduqca ciddi tədbirlər həyata keçirilməkdədir:

“Bu tədbirlərdə əsas məqsəd Azərbaycan vətəndaşının sağlamlığının qorunmasıdır. Eyni zamanda dövlətimiz tərəfindən vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılır, iqtisadiyyatın davamlılığı qorunur. Bu gün Azərbaycanda xalq birliyi var”.

Deputat deyib ki, bəzi şəxslər özlərini qanundan üstün tuturlar:

“Onlar özlərini imtiyazlı təbəqə kimi təqdim edirlər. Bu isə cəmiyyətdə haqlı narazılıqlara səbəb olur. Hər kəs bilməlidir ki, qanun qarşısında hamı bərabərdir. Heç kimin əlahiddə səlahiyyətləri yoxdur. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, heç kim toxunulmaz deyil və müstəsna hüquqları yoxdur. Hesab edirəm ki, Ramiz Mehdiyevin nəvəsinin toy mərasimini onun kürəkəni İlhаm Əliyevin həyata keçirməsi və orada müəyyən məmurların iştirakı cəmiyyətimizdə haqlı olaraq mənfi qarşılanıb. Azərbaycan hüquqi dövlət olduğundan istənilən qanun pozuntusuna da hüquqi qaydada qiymət veriləcək”.скачать dle 11.3
Mojo.az Banner