Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:01 Lənkəranda avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb | 16:59 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiqlədi | 16:40 Valideynlərin cibinə, uşaqların dərs yükünə daha bir zərbə: Yeni imtahan təklifi | 16:16 "TikTok"da telefon satışı adı ilə dörd nəfəri aldadıb pullarını qumara qoydu – Cəzalandırıldı | 16:13 Orta aylıq maaşla Bakıda ev almaq: "50 il lazımdır" | 16:08 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi | 15:01 Deputat Fazil Mustafa QHT-lərlə bağlı yeni qaydaları izah etdi: Məqsəd nədir? | 14:58 Vilyam Hacıyev azadlığa buraxıldı | 14:49 Müştəri avtoservisdə ustanın beş min manatını oğurladı | 14:33 Skuter sürənlərə məcburi dəbilqə tələbi mikromobilliyə zərbə vura bilər - AÇIQLAMA | 14:22 Həyətyanı torpaqlara çıxarış almaq asanlaşır - Parlament razılıq verdi | 13:52 Axtarışda olan şəxsi gizlətməyin cəzası AÇIQLANDI | 13:22 Ordubadda itkin düşən şəxs Türkiyədə tapıldı | 13:17 İnsan öldükdən sonra onu təhqir edənləri nə gözləyir? – İlahiyyatçıdan AÇIQLAMA | 12:54 Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi tarix açıqlandı | 12:48 Məleykə Abbaszadə tələbələrin şikayətini nəzarətə götürdü, işçi qrup yaratdı | 12:36 İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib | 12:34 Valideynlər uşaqları internet təhlükələrindən necə qorumalıdır? | 12:25 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı | 12:23 Bəzi texnikaların idxalı ƏDV-dən azad olunacaq |
Mojo.az Avto
Mojo.az Avto

Elman Nəsirov qızının yaydığı videodan danışdı

25.10.2025 14:27 534
Elman Nəsirov qızının yaydığı videodan danışdı
Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirovun qızı olduğunu iddia edən Laləzər Əliyeva sosial şəbəkədə yayımladığı çıxışı ilə gündəm olub.

Laləzər Əliyeva atasının illərlə onunla maraqlanmadığını, hazırda isə ailə içində çətin vəziyyətdə qaldığını bildirib.

Median.Az xəbər verir ki, Globalinfo.az məsələ ilə bağlı Elman Nəsirovla əlaqə saxlayıb.

O, bununla bağlı şərhi olmadığını deyib:

"Bu, radikal müxalifətin işidir, çünki onların hədəfindəyəm. Radikallarla ömrümün sonunadək mübarizədə olacağam. Onlar o qədər tükənib ki, başqa insanlardan əleyhimə istifadə edirlər. Yazıqsınız!”

Göründüyü kimi, deputat Elman Nəsirov Laləzər Əliyevanın onun qızı olduğunu birmənalı şəkildə inkar etmir. Bu da iddiaların doğru olduğuna dair müəyyən qənaət formalaşdırır.

Son xəbərlər