Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Baş infeksionist koronavirusun ikinci dalğasının hansı şəraitdə yarana biləcəyi barədə danışdı

19.08.2020 15:48 1 504
Baş infeksionist koronavirusun ikinci dalğasının hansı şəraitdə yarana biləcəyi barədə danışdı
Ölkədə koronavirus pandemiyasının ikinci dalğasının baş verməməsi üçün tövsiyə olunan və qoyulan qaydalara riayət etməliyik.

Bunu Trend-ə açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, xəstəliyin yenidən kəskinləşəcəyi ilə bağlı problem bütün dünyanı narahat edir:

“Koronavirusun ikinci dalğası barədə söhbətlər tək Azərbaycanda deyil, bütün dünyada gedir. Bəli, əgər yoluxma varsa, artma ehtimalı da var, ancaq hazırda bu barədə proqnozlar vermək tezdir. Hər şey özümüzdən asılıdır, qoyulan tələblərə riayət etsək, bu olmaya da bilər”.

C.İsayev xəstəliyin niyə məhz payız aylarında arta biləcəyi barədə suala da aydınlıq gətirib. Onun sözlərinə görə, koronavirus soyuq temperatura dözümlüdür: “Bu aylarda bədənin mühitə uyğunlaşması baş verir və orqanizmdə müəyyən geriləmələr ola bilər. Həmçinin payızda digər infeksiyaların baş qaldırması və orqanizmi zəiflədən faktorların artması bu xəstəliyin inkişafına şərait yarada bilər. Ona görə də payız fəsli virusun inkişafı üçün əlverişli dövrdür”.скачать dle 11.3
Mojo.az Banner