Mojo.az Banner
12:39 Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı  |     12:39 Bu işlərdə çalışanların ödündə daş yaranır  |     12:37 Ölkədə inflyasiya ilə bağlı son rəqəmlər açıqlandı  |     12:36 Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb  |     12:35 Doğulan və ölənlərin sayı açıqlandı  |     12:34 Əhalinin gəlirləri artıb - Foto  |     12:32 Tanınmış şirkətdə milyonyarımlıq yeyinti: Həbs edilən var  |     12:30 Azərbaycanda ortaaylıq əməkhaqqı artıb - Foto  |     12:29 Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülh reallaşmış bir faktdır"  |     12:26 Xaçmazda mağazada yanğın - Hadisə yerindən görüntülər (Video)  |     12:26 Ağır cinayətlərin sifarişçisi olan "Dəyirman Vahid"ə hökm oxundu  |     12:21 Hörmüz boğazında neft tankerləri minaya düşdü  |     12:06 Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video  |     11:49 Borca görə həbs oluna bilərsiniz – AÇIQLAMA  |     11:47 Nikol Paşinyan Azərbaycanla sülh prosesində Almatı Bəyannaməsinin rolundan danışıb  |     11:46 Özbəkistan 2027-ci ildə MDB-yə sədrlik edəcək  |     11:25 Paşinyan səhərini Azərbaycan dilində mahnı ilə açdı - Video  |     11:23 Azərbaycan neftinin qiyməti 133 dolları keçdi  |     11:14 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |     11:12 Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Baş infeksionist: Guya karantin dövründə insanlar rayonlara getmirdi?

08.09.2020 19:30 1 386
Baş infeksionist: Guya karantin dövründə insanlar rayonlara getmirdi?
"Rayonlara gediş-gəlişin açılması ölkədə koronavirusun yayılma səviyyəsinə ciddi təsir etməyə bilər".

Bunu Trend-ə açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

O qeyd edib ki, ölkədə tətbiq edilən sərt karantin qaydalarında yumşalmalar olsa da, insanlar hər an ehtiyatlı olmalıdır: "Ümid edirəm ki, yumşalmalar, rayonlara gediş-gəlişin bərpası virusun yoluxmasını artırmaz. Yoluxmanın yayılması insanların qaydalara nəzarət etməməsindən irəli gəlir. Əgər insanlar qaydalara əməl edərlərsə, məsafə saxlayarlarsa, bu halda yoluxma arta bilməz. Bunu da insanlar dərk etməlidirlər.

Bu gündən yollar açılıb, insanlar rayonlara gedib-gəlirlər. Amma bu o demək deyil ki, insanlar rayonda qapı-qapı bütün evlərə getməlidirlər, ara məsafəsi saxlamalı deyillər. Bütün hallarda tətbiq edilən qaydalara riayət olunmalıdır. Qaydalara görə, insanlar öz şəxsi avtomobilləri ilə ailə üzvləri ilə birlikdə rayonlara gedir. Sadəcə həmin ailə rayonda qohum-əqraba ilə çox təmasda olmasalar, başqa qohumları ilə telefonla əlaqə saxlasalar, yoluxma artmayacaq. Digər tərəfdən, rayon yerində sıxlıq müşahidə olunmur. Və həmin ailələr qaydalara əməl etsələr, yoluxma sayında artım olmayacaq".

C.İsayev bildirib ki, rayonlara taksi ilə gediş-gəlişdə təhlükə ola bilər: "Yəni əgər rayonlara sərnişin daşıyan taksiyə 4 müxtəlif şəxs minərsə, bu halda qismən təhlükə ola bilər. Amma bu halda da vətəndaşlar diqqətli olmalıdırlar. Özlərində hər hansısa bir simptom hiss edən şəxs taksi ilə rayona getməməlidir. Bir sözlə, Bakıda bu qaydalara necə nəzarət edilirsə, elə rayonlarda da eyni səviyyədədir.

Rayona gedən insanla xüsusi söhbətlər aparılmalıdır. Guya karantin dövründə insanlar rayonlara getmirdi? Ezamiyyət və ya hansısa bir işlə əlaqəli insanlar rayonlara gedib-gəlirdi. Onlar qaydalara rayonda da əməl etdikləri üçün yoluxmalar artmırdı. İndi də eyni qaydalara riayət olunsa, yoluxma nəinki artmayacaq, əksinə azalacaq".скачать dle 11.3
Mojo.az Banner