Mojo.az Banner
16:13 Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib  |     16:05 Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi  |     15:51 Səbuhi Əliyevə vəzifə verildi  |     15:35 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı (Yenilənib)  |     15:33 Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən şəxsə məhkəmə ağır cəza verdi  |     15:32 Paşinyan: "Türkmənistanda İlham Əliyevlə təmaslar ola bilər"  |     15:26 Paşinyan Zəngəzurda saxlanılan əsgərimiz barədə: "Biz onu həmin gün qaytara bilərdik"  |     15:21 İranda ekoloji böhran Azərbaycana çata bilərmi?  |     14:52 Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq  |     14:50 Berdiməhəmmədov: "Mərkəzi Asiya və Azərbaycan formatı iqtisadi və texnoloji inkişaf üçün ilkin şərtlər yaradır"  |     13:41 Berdiməhəmmədov: "Türkmənistan Azərbaycanda görüşün hazırlanmasına köməklik göstərəcək"  |     13:38 Suriyadan gətirilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb  |     12:51 Mirziyoyev: "Azərbaycanın sədrliyi ilə C6 formatı yeni impuls qazanacaq"  |     12:42 Rəhmon: "Tacikistan C6-ya sədrliyində Azərbaycanı dəstəkləməyə hazırdır"  |     12:41 Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xəttinin bərpası tenderi baş tutmayıb  |     12:33 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |     12:31 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı  |     12:06 Tokayev: "Mərkəzi Asiya və Azərbaycan Avrasiyada geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləridir"  |     12:04 Süni intellekt təhsili dəyişir – Dərs müddəti qısaldıla bilər  |     11:58 Berdiməhəmmədov: "Azərbaycanın C5-ə qoşulması Asiya və Avropa ilə əməkdaşlıq perspektivləri açır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Cəlal İsayev: “Məktəblərdə yoluxma riski qat-qat çox ola bilər”

31.08.2020 15:15 2 343
Cəlal İsayev: “Məktəblərdə yoluxma riski qat-qat çox ola bilər”
Məktəblərdə də uşaqların maskadan istifadəsinə nəzarət etmək çox vacibdir.

Bu sözləri açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib. O bildirib ki, yaşından asılı olmayaraq hər bir məktəblinin maska taxması gözəl olardı:

“Bilirsiniz ki, məktəblər də qapalı məkandır və belə yerlərdə xəstəliyin yayılma riski qat-qat çoxdur. Camaat 12 yaşında gedib kəşflər edir. ÜST tövsiyə edirsə, maskanı taxmaq vacibdir. Uşaqların bu vərdişlərə yiyələnməsi üçün lazımi tədbirlər də görülməlidir. Valideynlər, müəllimlər bu sahədə işləməlidir. Bu gün şahidi oluram ki, bəzi marketlərdə nə işçilər, nə də müştərilər maskalardan istifadə etmir. Təəssüf ki, onlara irad bildirdikdən sonra qaydalara riayət etməyə başladılar”.

C.İsayev məktəblərdə kütləvi yoluxma hallarının baş verə biləcəyi ilə bağlı məqama da aydınlıq gətirib:

“Bunu proqnozlaşdırmaq çətindir. Düzdür, qapalı məkanlar olduğu üçün risk var. Amma bu, insanların qaydalara, tövsiyələrə əməl etməsindən asılıdır. Doğrudur, məktəbdə dərs saatlarında maskada oturmaq çətindir, amma bütün hallarda qaydalara əməl edilməlidir”.

Xatırladaq ki, Azərbaycanda sentyabrın 15-dən təhsil və təlim prosesi bərpa olunacaq. Bu, müəyyən şərtlər daxilində və ölkədəki epidemioloji vəziyyət nəzərə alınmaqla təşkil ediləcək.скачать dle 11.3
Mojo.az Banner