Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

06.08.2020 21:23 1 479
Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb
Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul olmaq üçün avqustun 5-də keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələrini elan edib.

Median.Az xəbər verir ki, hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1526 namizəddən 98 nəfəri imtahana gəlməyib. 762 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib.

295 nəfər bu ilin, 336 nəfər isə əvvəlki illərin məzunları olmaqla, ümumilikdə 631 namizəd ikinci mərhələyə buraxılıb.
Müsabiqə şərtini ödəyənlərdən 131 nəfər 4 və ya 5-ci kurs tələbələridir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan 4-cü və 5-ci kurs tələbələri ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən sonra buraxılırlar.

İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 82 bal olub.

Qeyd edək ki, imtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apelyasiya komissiyası fəaliyyət göstərəcək. Apelyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apelyasiya komissiyasına 7-9 avqust 2020-ci il tarixlərində müraciət edə bilərlər.скачать dle 11.3
Mojo.az Banner