Mojo.az Banner
15:10 Bakıda restoranlarda 10–15 faiz servis haqqı - Ödəməliyik, yoxsa şikayət etməliyik?  |     15:07 Bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ  |     13:54 Bu çimərliklərdə çimmək qadağan edildi - RƏSMİ  |     13:46 Bakıda müəllimlər nə qədər maaş alır?  |     13:37 Qardaşının evinə qonaq gedən gənc qız faciəvi şəkildə öldü  |     12:21 Bu həftə 4 gün işləyəcəyik  |     12:13 İyulun 1-dən qadınları gözləyən DƏYİŞİKLİK: Pensiya yaşı rəsmən 65-ə çatır  |     12:01 Məşhur teleaparıcı xəstəxanaya yerləşdirildi  |     11:45 Dünya bazarında neft UCUZLAŞIR  |     11:09 Bakıətrafı qəsəbələrdə evlərin qiymətinin 10-15 faiz artacağı gözlənilir - Video  |     11:07 Ermənistanda Konstitusiya Məhkəməsi seçki ilə bağlı iddiaları icraata götürdü  |     10:51 Türkmənistan prezidenti Azərbaycana səfərə gəlib - FOTO  |     00:53 Bakıda su PROBLEMİ - Məhdudiyyətin SƏBƏBİ AÇIQLANDI  |     00:52 Vəhşicəsinə döyülən 83 yaşlı qadın xəstəxanada öldü - Oğlu saxlanıldı  |     20:02 Rusiyada həmkəndlisindən 41 min manat aldı, Şəkiyə qayıdıb borc yiyəsini döydü  |     19:57 Bakıda tuneldə xaotik vəziyyət: Aparılan yeni xətlənmə yolda sıxlığa və çaşqınığa səbəb olur (Video)  |     19:49 Bakıda modelin döşəyin altında gizlətdiyi pullar oğurlandı  |     19:43 "Bir qəpiyə yumurta sabah olacaq" (Video)  |     19:38 Saatlıda 16 yaşlı qız zəhərlənib öldü  |     19:32 Bu xəstəlik daşıyıcıları hərbi xidmətə yararlıdır - RƏSMİ  |    
Left Banner
Right Banner

Magistraturaya qəbul imtahanının nəticələri elan olundu

26.02.2019 16:19 1 585
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 24-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrini elan edib.

Mərkəzdən verilən məlumata görə, imtahan nəticələri saat 15:56-dan etibarən DİM-in saytında yerləşdirilib.

Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin, mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 12684 bakalavrdan 138 nəfəri imtahana gəlməyib. 1 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub. İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 97 bal olub.

Qeyd edək ki, müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın II mərhələsinə (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına) buraxılırlar. Bu bakalavrlar 2019-cu il aprelin 26-dan mayın 7-dək olan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. Magistraturaya qəbul imtahanının II mərhələsi mayın 26-da keçiriləcək.скачать dle 11.3
Mojo.az Banner