Mojo.az Banner
15:59 Tovuzda üzərinə benzin tökülərək yandırılan qadın öldü: Oğlu saxlanıldı (Yenilənib)  |     15:53 Xırdalanda sərnişin avtobusu yolda yaranan çuxura düşdü - Video  |     15:51 Oman sahillərində neft tankeri hücuma məruz qaldı  |     13:51 Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq  |     13:48 İlkin Namazov vəzifəsindən azad edildi  |     13:38 Zabratda küçələri su basdı: Hərəkət çətinləşdi - Video  |     13:37 Azərbaycan nefti ucuzlaşıb  |     13:32 Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü  |     13:29 Ermənistan Azərbaycan hərbçisi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi  |     13:17 Nazirlikdən direktorlara xəbərdarlıq: Hədiyyə qəbul etmək qadağandır  |     13:08 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |    
Mojo.az Avto
Mojo.az Avto

İsraildə Azərbaycana dəstək aksiyası keçiriləcək

01.08.2020 18:30 1 810
İsraildə Azərbaycana dəstək aksiyası keçiriləcək
Avqustun 9-da İsrailin Tel-Əviv Yafo şəhərində müstəqil dövlətimizə və Azərbaycan əsgərinə dəstək məqsədilə yürüş-mitinq keçiriləcək.

Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

“İsraildəki Azərbaycan Evi”nin rəhbəri Nexemya Şirin Mixaelinin təşkilatçılığı ilə baş tutacaq aksiya şəhərdəki erməni mərkəzi və erməni kilsəsinin qarşısında gerçəkləşdiriləcək.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, “The Jerusalem Post” qəzetinin siyasi şərhçisi Arye Qut deyib ki, Azərbaycan diasporu ilk dəfə İsraildə iri miqyaslı həmrəylik aksiyası keçirməyə hazırlaşır.

Azərbaycan və İsrailin dövlət bayraqlarının dalğalanacağı, “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir, Bizim olacaq!” şüarlarının səsləndiriləcəyi icazəli aksiya zamanı ictimai asayişin qorunmasına İsrail polisi nəzarət edəcək. O, bildirib ki, bu aksiya Azərbaycan-İsrail münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir.

“Ermənistan və ona havadarlıq edən dövlətlər bu aksiyanın keçirilməsini istəməsələr də, bu tarixi hadisə baş verəcək. İsraildəki Azərbaycan diasporunun səfərbər edilməsi baxımından tarixi bir gün yaşayacağıq”, - deyə həmvətənimiz vurğulayıb.

A.Qut İsraildə yaşayan Azərbaycan əsilli yəhudilərə müraciət edərək, onları aksiyada fəal iştirak etməyə çağırıb.скачать dle 11.3
Mojo.az Banner