Mojo.az Banner
21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |     20:46 Sentyabrda pomidor niyə bahadır? – Ekspert səbəbləri açıqladı  |     20:41 Çində ilk plastik yol inşa edildi: Asfaltına nə əlavə olunub?  |     20:33 Azərbaycan millisinin Tacikistanla oyununun hakimləri bəlli oldu  |     20:27 Azərbaycanda icra başçısı olmayan rayonların sayı 6-ya çatdı  |     20:21 Azərbaycanda dəmir yolları ilə yük daşımaları artıb  |     20:16 İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE  |     20:08 Məhkuma poçtla göndərilən bağlamada narkotik aşkarlandı - FOTO  |     20:01 Bu şəxslər Azərbaycanda 15 gündən çox qaldıqda qeydiyyata alınacaqlar  |     20:01 Bakı–Tbilisi–Qars dəmir yolunun genişləndirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA  |     19:56 Cəlilabadda yaşayış evi yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan səfirliyinin önündə ermənilərin uğursuz aksiyası - RƏSMİ

24.07.2020 15:26 3 070
Azərbaycan səfirliyinin önündə ermənilərin uğursuz aksiyası - RƏSMİ
Azərbaycanın Belçikadakı səfirliyinin önündə təxribatçı və vandal hərəkətlərini reallaşdırmaq məqsədilə piket keçirmək istəyən ermənilər soydaşlarımızın etiraz aksiyası ilə qarşılaşıblar.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, ermənilərin səfirliyimizin qarşısında icazəsiz aksiya təşkil edəcəyindən xəbər tutan soydaşlarımız qısa zamanda Azərbaycan səfirliyinə yığışıb.

Soydaşlarımız səfirliyin qarşısında ingilis dilində yazılmış “Ermənistanın təcavüzkar siyasətinə son!”, “Xocalıya ədalət!” şüarlarını, Ermənistanın son təxribatları zamanı qəhrəmancasına həlak olmuş şəhidlərimizin şəkillərini düzməklə ermənilərə təcavüzkar mahiyyətə malik ölkənin vətəndaşları olduqlarını bir daha xatırladıblar.

Aksiya ərzində Azərbaycanın dövlət himni, vətənpərvərlik marşları və mahnıları, “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Vur, keç səngəri, Azərbaycan əsgəri!”, “İşğalçı Ermənistana ar olsun!” kimi ədalətli şüarlar səsləndirilib.

BMT-nin və digər beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıdığı, ölkəmizin əzəli torpaqları olan Dağlıq Qarabağdakı qeyri-qanuni fəaliyyət göstərən qondarma və cinayətkar rejimi heç bir təşkilatın və ölkənin tanımadığı, Azərbaycanın öz torpaqlarını erməni işğalından azad edəcəyi və ərazi bütövlüyünü bərpa edəcəyi erməni piketçilərinin diqqətinə çatdırılıb.

Soydaşlarımızın birliyi qarşısında ermənilərin aksiyası baş tutmayıb.скачать dle 11.3
Mojo.az Banner