Mojo.az Banner
18:58 Azərbaycan cüdoçularının dünya çempionatında ilk rəqibləri müəyyənləşdi  |     18:40 Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?  |     18:30 Bakıda vətəndaşları aldadaraq pullarını ələ keçirən şəxs tutuldu  |     18:29 "Fənərbağça" və "Turan Tovuz"un nümayəndələri Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət ediblər  |     18:28 Bakı metrosunda halı pisləşən kişi öldü  |     18:26 Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi - Video  |     18:25 Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi  |     18:22 Bir neçə yolda sürət həddi endirildi  |     18:20 Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu  |     18:18 Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı  |     18:16 Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var  |     18:14 Manatın məzənnəsi xarici valyutaları üstələdi  |     16:12 Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz  |     16:10 İnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat (Yenilənib)  |     15:59 Tovuzda üzərinə benzin tökülərək yandırılan qadın öldü: Oğlu saxlanıldı (Yenilənib)  |     15:53 Xırdalanda sərnişin avtobusu yolda yaranan çuxura düşdü - Video  |     15:51 Oman sahillərində neft tankeri hücuma məruz qaldı  |     13:51 Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq  |     13:48 İlkin Namazov vəzifəsindən azad edildi  |     13:38 Zabratda küçələri su basdı: Hərəkət çətinləşdi - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

ABŞ-ın Atlanta şəhərində Ermənistanın hərbi təxribatlarına etiraz olaraq aksiya keçirilib

22.07.2020 23:47 1 311
ABŞ-ın Atlanta şəhərində Ermənistanın hərbi təxribatlarına etiraz olaraq aksiya keçirilib
22 iyul tarixində ABŞ-da Corciya ştatının inzibati mərkəzi olan Atlanta şəhərində yaşayan soydaşlarımız Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlar törətməsinə və bu təcavüzkar ölkənin Azərbaycan torpaqlarını işğal altında saxlamasına etiraz olaraq aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, aksiya Atlanta və Alabama şəhərində yaşayan soydaşlarımızın təşkilatçılığı ilə baş tutub. Corciya dövlətinin Qanunverici orqanın üzvlərinin (senatorların) fəaliyyət göstərdiyi Konqres binasının qarşısında keçirilən aksiya Azərbaycanın Dövlət Himninin oxunması ilə başlayıb.

Tədbirdə soydaşlarımız tərəfindən "Ermənistanın işğalçı siyasətinə son!", "Qarabağ Azərbaycandır!", "Ermənistan terrostdir" və sair şüarların yazıldığı plakatların, Tovuz cəbhəsində hərbi təxribatlar zamanı həlak olmuş şəhidlərimizin şəkillərinin nümayiş etdirildiyi aksiyada Ermənistanın işğalçı və təcavüzkar siyasətinə son qoyulması tələb edilib. Aksiya iştirakçıları hərbi təxribatlar zamanı həlak olmuş Azərbaycanın qəhrəman hərbçilərinin və mülki vətəndaşlarının əziz xatirəsini yad edib. Aksiyada Azərbaycan dövlətinə və ordusuna dəstək ifadə olunub, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və ona bitişik 7 rayonun ermənistanın işğalından azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi üçün qətiyyətli addımlar atılması tələbi ilə Konqres üzvlərinə çağırış edilib.скачать dle 11.3
Mojo.az Banner