Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlılar Avropa Şurasının mənzil-qərargahı qarşısında etiraz yürüşü keçirdi

21.07.2020 15:48 1 203
Azərbaycanlılar Avropa Şurasının mənzil-qərargahı qarşısında etiraz yürüşü keçirdi
Fransanın Strasburq şəhərində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində hərbi təxribatlar törətməsinə və bu təcavüzkar ölkənin Azərbaycan torpaqlarını işğal altında saxlamasına etiraz olaraq yürüş-nümayiş keçirilib.

Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyasının (ASEAF) təşkilatçılığı ilə gerçəkləşdirilən etiraz aksiyasında azərbaycanlı və türk icmalarının təmsilçiləri, Strasburqda təhsil alan tələbələrimiz və ölkəmizə dost münasibəti bəsləyən yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

Avropa Şurasının mənzil-qərargahı qarşısından başlayan yürüş Ermənistanın bu təşkilat yanındakı daimi nümayəndəliyinin inzibati binası önündə nümayişlə davam edib.

Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandığı, “Ermənistanın təcavüzkar siyasətinə son!”, “Qarabağ Azərbaycandır!” və sair şüarların yazıldığı plakatların, Tovuz cəbhəsində hərbi təxribatlar zamanı həlak olmuş şəhidlərimizin şəkillərinin nümayiş etdirildiyi yürüşdə Ermənistanın işğalçı və təcavüzkar siyasətinə son qoyulması tələb edilib.

Yürüş zamanı hərbi təxribatlar zamanı həlak olmuş Azərbaycanın qəhrəman hərbçilərinin və vətəndaşlarının əziz xatirəsi yad edilib, Azərbaycan ordusuna dəstək ifadə olunub və Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın son təxribatları haqqında məlumatların əks olunduğu broşürlər yerli sakinlərə paylanılıb.

Sonda yürüş-nümayiş iştirakçılarının adından Avropa Şurasının Baş katibi, Avropa Şurası Parlament Assambleyasının prezidenti, Avropa Parlametinin prezidenti və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Strasburqdakı diplomatik nümayəndəliklərinə müraciətlər ünvanlanıb, Ermənistanın işğalçı siyasətinə son qoyulması, Azərbaycan torpaqlarının işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün qəti tədbirlər görülməsinə çağırışlar edilib.скачать dle 11.3

Son xəbərlər