Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:52 Azərbaycanda 14 günlük körpə xəstəxanada öldü | 17:36 "Beşiktaş"ın təyyarəsində qorxulu anlar: Batumiyə eniş mümkün olmadı | 17:35 Bakıda 155 min manatlıq oğurluq - Tanınmış şirkətin əməkdaşları həbs olundular | 17:34 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər | 17:19 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar | 17:11 "Mangal Steak House" işi: 186 min manatlıq dələduzluqda ittiham olunan şəxs hakim qarşısında | 17:04 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? | 16:56 Sosial şəbəkədə möhtəşəm, masada məyusedici: İnfluenser reklamlarının gerçək üzü | 16:40 Fermalarda su sayğacı məcburi olacaq | 15:55 "TikTok"da saxta avtosalon yaradaraq vətəndaşları aldadan şəxs tutuldu | 15:44 Bakıda 51 yaşlı kişi evinin qarşısında öldü | 15:41 Kredit götürərkən bu səhvlərə yol verməyin – EKSPERTDƏN XƏBƏRDARLIQ | 15:34 Ramiz Mehdiyevin şikayətinə baxılıb | 15:33 Quşxana və tövlələrlə bağlı yeni qayda | 15:00 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi | 13:44 Bakıda kafedə dava: Yeniyetmə icarədarı döydü - Təfərrüat | 13:41 Azərbaycanda bəzi şəxslərə gündəlik işə görə 100 manat ödəniləcək | 12:54 Media sektorunda əmək hüquqları pozulur: Müqaviləsiz iş, az maaş, ödənişsiz zəhmət | 12:24 Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı | 12:17 Elektromobillər ürəkbulanma yaradır? – AÇIQLAMA |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda keçmiş nazirin “Azəriqaz”a 217 min manat borcu var - RƏSMİ AÇIQLAMA

23.06.2020 21:23 1 236
Azərbaycanda keçmiş nazirin “Azəriqaz”a 217 min manat borcu var - RƏSMİ AÇIQLAMA
Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova məxsus, Ağsuda yerləşən istixananın “Azəriqaz”a 200 min manatdan çox borcunun olması barədə məlumatlar yayılıb.

Bildirilir ki, bir neçə ildir ki, “Ağsu-Aqrotexservis” ASC, daha sonra isə adı “Formes.group.az” MMC kimi dəyişdirilən istixananın “Azəriqaz” İstehsalat Birliyinə böyük məbləğdə borcu var.

“Azəriqaz” İB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15.07.2019-cu il tarixli qətnaməsinə əsasən, cavabdeh “Ağsu-Aqrotexservis” ASC-dən (istixana) təbii qazdan istifadəyə görə yaranmış 137 min 200 manat 80 qəpik borc “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilməlidir:

“Daha sonra 2019-cu ilin noyabr ayında “Ağsu-Aqrotexservis” ASC ilə “Azəriqaz” İB arasında qətnamə üzrə borcun hissə-hissə icra edilməsi məqsədilə tərəflər arasında müvafiq razılaşma imzalanıb.

Razılaşmaya əsasən, “Ağsu-Aqrotexservis” ASC ilkin olaraq qətnamə üzrə borcdan 20 000 manat ödəməyi, 25.01.2020-ci ildən başlayaraq 25.12.2020-ci ilədək isə hər ay istehlak edilmiş qazın dəyərini ödəməklə yanaşı, 9 min 766 manat 74 qəpik borcun ödənilməsini öhdəsinə götürüb.

İstixananın qaz təchizatı razılaşmanın şərtlərinə uyğun olaraq 2019-cu ilin noyabr ayında bərpa edilib. Lakin “Ağsu-Aqrotexservis” ASC tərəfindən razılaşmaya əməl edilməyib”.

ASC-dən bildirilib ki, müəssisə adını deyişdikdən sonra borc ödənilməyib:

“Ağsu-Aqrotexservis” ASC-yə məxsus istixana 2019-cu ilin noyabr ayında icarə müqaviləsinə əsasən, “Formes.group.az” MMC-yə verilib. İcarə müqaviləsində “Formes.group.az” MMC tərəfindən müqavilə imzalanan günədək qaza görə yaranmış borcların ödənilməsinə dair öhdəlik götürülüb.

Eyni zamanda, 26.11.2019-cu ildə “Formes.group.az” MMC ilə “Azəriqaz” İstehsalat Birliyi arasında qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi imzalanıb. Hazırkı vaxtda həmin müqavilə şərtlərinə əməl edilməməsi nəticəsində “Formes.group.az” MMC-nin Birliyə 217 min 240 manat 81 qəpik borcu yaranıb.

Dəfələrlə Birliyin Ağsu Regional qaz istismarı İdarəsi tərəfindən borcun ödənilməsi məqsədilə “Formes.group.az” MMC-yə müraciətlər cavabsız qalıb. Buna görə də müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur”.

Son xəbərlər