Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:52 Azərbaycanda 14 günlük körpə xəstəxanada öldü | 17:36 "Beşiktaş"ın təyyarəsində qorxulu anlar: Batumiyə eniş mümkün olmadı | 17:35 Bakıda 155 min manatlıq oğurluq - Tanınmış şirkətin əməkdaşları həbs olundular | 17:34 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər | 17:19 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar | 17:11 "Mangal Steak House" işi: 186 min manatlıq dələduzluqda ittiham olunan şəxs hakim qarşısında | 17:04 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? | 16:56 Sosial şəbəkədə möhtəşəm, masada məyusedici: İnfluenser reklamlarının gerçək üzü | 16:40 Fermalarda su sayğacı məcburi olacaq | 15:55 "TikTok"da saxta avtosalon yaradaraq vətəndaşları aldadan şəxs tutuldu | 15:44 Bakıda 51 yaşlı kişi evinin qarşısında öldü | 15:41 Kredit götürərkən bu səhvlərə yol verməyin – EKSPERTDƏN XƏBƏRDARLIQ | 15:34 Ramiz Mehdiyevin şikayətinə baxılıb | 15:33 Quşxana və tövlələrlə bağlı yeni qayda | 15:00 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi | 13:44 Bakıda kafedə dava: Yeniyetmə icarədarı döydü - Təfərrüat | 13:41 Azərbaycanda bəzi şəxslərə gündəlik işə görə 100 manat ödəniləcək | 12:54 Media sektorunda əmək hüquqları pozulur: Müqaviləsiz iş, az maaş, ödənişsiz zəhmət | 12:24 Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı | 12:17 Elektromobillər ürəkbulanma yaradır? – AÇIQLAMA |
Mojo.az Avto
Mojo.az Avto

"Azəriqaz" Bakıda məscidin yarım milyonluq borcu ilə bağlı məlumat yayıb

04.06.2021 20:22 1 383
Mətbuatda Bakının Xəzər rayonunun Binə qəsəbəsində yerləşən Möhsün Səlim məscidinə təbii qazdan istifadəyə görə 592 412 manat borc yazılması haqqında məlumatlar dərc olunub.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu borc "Azəriqaz” QSC-nin fəaliyyət göstərdiyi 2009-cu ildən öncəki dövrü əhatə edir. Borc böyük məbləğdə olsa da, məscidin qaz təchizatı heç bir vaxt dayandırılmayıb.

Qazın alqı-satqı müqaviləsinin bağlanması ilə əlaqədar "Azəriqaz”ın Bakı Regional Qazın Satışı Departamentinə müraciət olunub, lakin məscidin müvafiq qurumda qeydiyyatının olmaması və müqaviləni fiziki şəxsin adına bağlamaq istəyi kimi səbəblərdən bu, mümkün olmayıb.

Son xəbərlər