Mojo.az Banner
21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |     20:43 Rusiyanın vurduğu evdən uşaq cəsədi çıxarıldı  |     20:35 ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi  |     20:31 İran səfiri Gürcüstan XİN-ə çağırılıb  |     20:24 "Turan Tovuz" - "İmişli" oyununun yeri dəyişdirildi - Səbəb  |     20:13 Erkən evliliklə bağlı yeni qərar  |     20:04 Bakıda 20-dək bina söküləcək: Küçələrin adları və kompensasiya məbləğləri açıqlandı  |     19:58 Azərbaycanda qadın hərbçilərlə bağlı YENİ QƏRAR: Müddət kəskin azaldıldı  |     19:50 Toyuq filesi marketlərdə niyə YOXA ÇIXIB?  |     19:29 Kamran Əliyev Rusiyada bir sıra görüşlər keçirdi - MÜHÜM RAZILAŞMA  |     19:12 Sabah bir sıra rayonlarda QAZ OLMAYACAQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda icra başçısının arvadının 80 min manatlıq borcu ödənildi - RƏSMİ + YENİLƏNİB

17.06.2020 18:35 2 602
Azərbaycanda icra başçısının arvadının 80 min manatlıq borcu ödənildi - RƏSMİ + YENİLƏNİB
“Azəriqaz” İstehsalat Birliyi Çeşmi Hacıyevanın borcu ilə bağlı açıqlama verib.

Qurumdan Oxu.Az-a bildirilib ki, Ç.Hacıyevaya məxsus 79 min 816 manat 20 qəpiklik borc artıq ödənilib.

* * * *

Sosial şəbəkələrdə Ağstafa rayonuna yeni təyin olunan icra başçısının həyat yoldaşı Çeşmi Hacıyevanın “Azəriqaz” İstehsalat Birliyinə 115 min manat borcu olduğu barədə məlumat yayılıb.

İddia edilir ki, borc icra başçısının ailəsinin biznes fəaliyyəti ilə əlaqədardır.

Məsələ barədə “Azəriqaz” İstehsalat Birliyi Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qurumla istixana istifadəçisi, fiziki şəxs Hacıyeva Çeşmi Şəmsəddin qızı arasında 5 noyabr 2019-cu ildə debitor borcun ödənilməsinə dair razılaşma protokolu imzalanan vaxt qarşı tərəfin Birliyə olan borcu 105 490 manat təşkil edib:

“Protokola əsasən, qarşı tərəf noyabr ayında ilkin ödəniş olaraq 20 000 manat, təbii qazdan sərfiyyatdan əlavə olaraq 2019-cu ilin noyabr, dekabr aylarında hər ayın 25-nə kimi 20 000 manat, 2020-ci ilin yanvar ayının 10-na kimi 45 490 manat olmaqla Birliyə ödəmə öhdəliyini üzərinə götürüb.

Lakin ödənişlər lazımi səviyyədə olmadığından və sərfiyyat məbləğləri də bu rəqəmlərin üstünə gəldiyindən ümumi borc artaraq, 2020-ci ilin yanvar ayında 115 068,80 manat təşkil edib. Belə bir durumda “Azəriqaz” İstehsalat Birliyi tərəfindən məhkəmə iddiası qaldırılıb”.

“Lakin həmin dövrdə koronavirus (COVID-19) pandemiyasının yayılması ilə bağlı bir çox sahələrin, o cümlədən, məhkəmələrin fəaliyyətində məhdudiyyətlər yarandığından, sözügedən proses baxılmamış saxlanılıb.

İddianın qaldırıldığı, eləcə də, pandemiya dövründə qarşı tərəfin həm borc, həm də sərfiyyata görə apardığı ödənişlərdən sonra ümumi borc azalaraq, 79 816,20 manat təşkil edib. Onu da əlavə edək ki, “Azəriqaz” İstehsalat Birliyi heç də iddiasından geri çəkilməyib və borcun tam bağlanılmadığı təqdirdə məhkəmə iddiasının qaldırılması hüququnu özündə saxlayır.

Fiziki şəxs Hacıyeva Çeşmi Şəmsəddin qızının borclarına gəldikdə, bu, əsasən 2017, 2018-ci illərdə ayrı-ayrı aylarda qazdan istifadə böyük həcmli olsa da, aylıq ödənişin ya nisbətən, ya da ümumiyyətlə ödənilmədiyindən yığılıb”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyi mövsüm dövründə bütün istixanalara ödənişlərlə bağlı güzəştlər edir. Lakin mövsüm bitəndən sonra borc öhdəliklərini yerinə yetirməyənlər barədə müvafiq formada məhkəmə iddiaları qaldırılır.скачать dle 11.3
Mojo.az Banner