Mojo.az Banner
15:51 Üç uşağı nəzərə alındı, həbsə getmədi - 117 min manatlıq iş üzrə hökm  |     15:50 Azərbaycanda yeni turizm məhsulları yaradılır  |     15:33 Rusiyada təhsil almaq istəyən azərbaycanlı tələbələrlə bağlı diqqətçəkən AÇIQLAMA  |     15:31 Manatın ucuzlaşması nələrə təsir edəcək? Dərmandan turizmə qədər...  |     15:28 Keçmiş sevgililər geri qayıda bilər, amma... – Astroloqdan XƏBƏRDARLIQ  |     15:25 Jurnalist Əvəz Zeynallı vəfat etdi  |     13:33 LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq  |     13:20 Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti hər gün məhdudlaşdırılacaq - FOTO  |     13:03 Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək  |     12:47 24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq  |     12:44 "5 milyon qazansa da, gözü əlavə 100 manatdadır" – SOSİOLOQ  |     12:34 Fermerlərin NƏZƏRİNƏ: Yeni güzəştlərlə bağlı QƏRAR İMZALANDI  |     12:14 Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq  |     12:03 Kəndlərdə qızların erkən ərə verilməsinin səbəbləri AÇIQLANDI  |     12:01 Keçmiş yeznəsini qız adı ilə "TikTok"da aldadıb evə çağırdı  |     11:39 Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE  |     11:14 Bir qrup prokurorluq əməkdaşına medallar verildi - SƏRƏNCAM  |     19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda sərt karantinin ikinci gecəsi - VİDEO

15.06.2020 11:14 2 825
Bakıda sərt karantinin ikinci gecəsi - VİDEO
Kimi işə tələsir, kimi sevdikləri, dostları ilə görüşə... Bəziləri də sadəcə, şəhər mərkəzində olan kafe və restoranlarda vaxt keçirmək üçün buradan istifadə edirlər.

Hər gün səhər-axşam minlərlə insan metronun “28 May” stansiyasından istifadə edir.

Lakin iyunun 14-ü gecəyarıdan etibarən bir neçə rayon və şəhər kimi - paytaxt Bakı da səssizliyə bürünüb. Qədim Bakı yorğunluqdan sanki gecə-gündüz “yatır”.

Nazirlər Kabineti yanında operativ qərargah ölkədə koronavirusa yoluxma sayı artdığına görə, iki günlük sərt karantin rejimi tətbiq edib. İnsanların xüsusi hallar olmadığı təqdirdə evdən çölə çıxmalarına qadağa qoyulub.

Günün istənilən vaxtında sakinlərin Səməd Vurğun adına parkda istirahət etdiyini görə bilərik. Sərt karantin rejimi müddətində isə burada yalnız qoyulan qaydalara nəzarət edən polis əməkdaşlarını və tənha qalmış şairin heykəlini görürük.

Ziya Bünyadov prospekti, Dərnəgül ərazisi də pik saatlarda uzun tıxaclara şahidlik edirdisə, indi bu ərazi də boş qalıb. Eynilə Heydər Əliyev və Neftçilər prospektləri kimi...

Xatırladaq ki, iyunun 14-ü saat 00:00-dan etibarən 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərləri, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında sərt karantin rejimi tətbiq olunur və vətəndaşların küçəyə çıxması qadağan edilib.



скачать dle 11.3
Mojo.az Banner