Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, qaz xəttinin yerinin dəyişdirilməsi və "Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan Suraxanı rayonunun AB yaşayış massivinin, saat 11:00-dan 13:00-dək Qaradağ rayonunun Vulkan ərazisinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.