Rusiyada təhsil almaq istəyən azərbaycanlı tələbələrlə bağlı diqqətçəkən AÇIQLAMA
2026-cı ilin ilk altı ayında 9 mindən çox Azərbaycan vətəndaşı təhsil almaq məqsədilə Rusiyaya gedib. Rusiya Statistikasına əsaslanan məlumatlara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üçdə bir artıb. Ümumilikdə isə ilin ilk yarısında Rusiya 200 mindən çox xarici tələbə qəbul edib.
Azərbaycanlı tələbələrin Rusiyaya marağının artması isə bu ölkənin ali təhsil imkanlarını yenidən gündəmə gətirir. Bəs Azərbaycanlı gəncləri Rusiya universitetlərinə yönəldən əsas səbəblər hansılardır? Rusiyada ali təhsilin səviyyəsi və diplomların rəqabət qabiliyyəti hazırda nə dərəcədə yüksəkdir?
Bu barədə təhsil eksperti Qoşqar Məhərrəmov Median.Az-a açıqlamasında deyib ki Rusiya dünya təhsil sistemində özünəməxsus yeri olan ölkələrdən biri deyil:
“Azərbaycandan çoxlu tələbənin Rusiyaya ali təhsil almaq üçün getməsinin əsas səbəblərindən biri, ehtimal ki, həmin şəxslərin Azərbaycanda universitetə qəbul ola bilməməsidir. Bir neçə universiteti istisna etsək, Azərbaycanda Rusiyanın bir çox ali təhsil müəssisələrindən geri qalmayan universitetlər var. Yəqin ki, bəzi tələbələr Azərbaycan Dövlət İmtahan Mərkəzinin imtahanından keçə bilmədikləri üçün “yenə də bir ali təhsilim olsun” düşüncəsi ilə Rusiyada təhsil almağa üstünlük verirlər. Rusiyadakı ali təhsil müəssisələrinin bir çoxunun Azərbaycanda qarşılığı yoxdur. Bu səbəbdən həmin universitetlərin diplomlarının Azərbaycanda tanınması ilə bağlı müəyyən çətinliklər yarana bilər. Bəzi hallarda isə həmin diplomların tanınması ümumiyyətlə mümkün olmaya bilər. Ona görə də azərbaycanlı tələbələrin Rusiyaya üz tutması, əslində, gözlənilməz və proqnozlaşdırılmayan məsələ deyil. Bu, müəyyən dövrlərdə Azərbaycanda ali məktəbə qəbul ola bilməyən abituriyentlərin xaricdə təhsil almağa yönəlməsi ilə bağlı əvvəllər də müşahidə olunan haldır”.
Ekspert bildirib ki, belə hallar yaxın keçmişdə Ukraynada, Rusiyanın müxtəlif regionlarında da baş verib:
“Azərbaycanlı abituriyentlər yerli universitetlərə qəbul ola bilmədikdə, Türkiyədə təhsil almaq imkanları olmadıqda və ya “Yabancı Öğrenci Sınavında” iştirak etmədikdə Ukrayna və Rusiyadakı ali təhsil müəssisələrinə müraciət ediblər. Lakin bu dəfə Rusiyaya kütləvi şəkildə müraciət edilməsi, həqiqətən də, təəccüb doğurur. Çünki Rusiyanın ali təhsil müəssisələrinin bir çoxu sovet dövründən qalan ənənələr üzərində fəaliyyət göstərir və onların bir qismi təhsil sistemini lazımi səviyyədə təkmilləşdirə bilməyib. Bu baxımdan həmin universitetlərin azərbaycanlı tələbələr üçün gələcəkdə hansı perspektivlər vəd etdiyini demək mənim üçün çətindir. Hesab edirəm ki, tələbələr bunun əvəzinə Avropa ölkələrinə, Türkiyəyə və Şərqi Avropa dövlətlərinə üz tutsalar, daha məqsədəuyğun olar. Müəyyən təhsil şirkətləri tələbələri Rusiyadakı universitetlərə yönləndirir və onlar da bu ali təhsil müəssisələrinə müraciət edirlər. Rusiyanın ali təhsil səviyyəsinin Azərbaycan universitetləri ilə müqayisədə daha üstün olduğunu demək çətindir. Bəzi tələbələr rus dilini öyrənmək məqsədilə Rusiyaya üz tuturlar. Digərləri isə sadəcə diplom əldə etmək, yaxud müəyyən müddət hərbi xidmətdən möhlət hüququndan yararlanmaq üçün həmin universitetlərdə təhsil almağa üstünlük verirlər”.
Aysel