Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI

28.09.2026 22:48 186
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI
Azərbaycanda müəyyən kateqoriyalara aid şəxslərə sosial yardım məqsədilə aylıq və birdəfəlik müavinətlər ödənilir. Müavinətlərin təyin olunması və ödənilməsi qanunvericiliklə müəyyən edilmiş qaydalar əsasında həyata keçirilir.

Median.Az 
Baku.ws-ə istinadla xəbər verir ki, sosial müavinət almaq hüququ Azərbaycan vətəndaşları ilə yanaşı, beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmadığı təqdirdə, ölkə ərazisində daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də şamil olunur. Dövlət qulluqçularına ömürlük müavinət bu qaydadan istisnadır.

Qanunvericilikdə əmək qabiliyyəti olmayan şəxslər sırasında əlilliyi olan şəxslər, əmək pensiyası üçün müəyyən edilmiş yaş həddinə çatmış şəxslər, eləcə də vəfat etmiş şəxsin müəyyən kateqoriyalara aid övladları nəzərdə tutulur.

Aylıq sosial müavinət kimlərə verilir?

Hazırda qanunvericiliyə əsasən, aşağıdakı kateqoriyalar aylıq sosial müavinət almaq hüququna malikdir:

- dövlət qulluqçuları - müəyyən edilmiş şərtlərlə ömürlük müavinət;

- yaşa görə müavinət almaq hüququ olan şəxslər;

- əlilliyi olan şəxslər;

- ailə başçısını itirmiş şəxslər;

- 3 yaşınadək uşağa qulluq edən şəxslər;

- müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların uşaqları;

- valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları və himayəçiləri;

- 1 yaşınadək uşağı olan aztəminatlı ailələr;

- vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin həyat yoldaşı və ya öhdəsində olan uşağı;

- beşdən çox uşağı olan qadınlar;

- övladlığa götürülən uşaqlar, o cümlədən əlilliyi olan uşaqlar;

himayədar ailəyə verilmiş uşağın, o cümlədən əlilliyi olan uşağın tərbiyəsi ilə məşğul olan şəxslər.

Müavinət üçün hara müraciət etmək olar?

Müavinət almaq hüququ yarandıqdan sonra vətəndaş Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölməsinə, DOST mərkəzlərinə və ya müəyyən kateqoriyalar üzrə vahid əlaqələndirmə mərkəzlərinə müraciət edə bilər.

Müraciətə, bir qayda olaraq, qeydiyyata alındığı gündən ən geci 10 gün ərzində baxılır və müvafiq qərar qəbul edilir.

Müavinətin təyin olunmasından imtina edildiyi halda isə müraciət edən şəxsə 5 gün ərzində imtinanın səbəbləri göstərilməklə rəsmi məlumat verilməlidir. Şəxsin həmin qərardan inzibati və ya məhkəmə qaydasında şikayət etmək hüququ var.

Qanunvericiliyə əsasən, müavinət almaq hüququ yaranıbsa, ödəniş ən çoxu müraciət tarixindən əvvəlki 3 illik dövr üçün həyata keçirilə bilər.

Dövlət qulluqçularına ömürlük müavinət necə verilir?

Ayrıca qaydada dövlət qulluqçularına ömürlük sosial müavinət də nəzərdə tutulur. Bu ödəniş inzibati və yardımçı vəzifələrdə çalışan dövlət qulluqçularının pensiya yaşına çatması və ya əlilliyi ilə əlaqədar könüllü şəkildə dövlət qulluğundan ayrılması zamanı müəyyən şərtlərlə təyin edilir.

Bunun üçün dövlət qulluqçusunun dövlət qulluğunda azı 15 il qulluq stajı olmalı və əmək pensiyası almaq hüququ olmamalıdır.

Müavinət ömürlük təyin edilir və şəxs yenidən dövlət qulluğuna qəbul olunduğu halda onun ödənişi dayandırılır.

Bu müavinətin məbləği dövlət qulluqçusunun işdən ayrıldığı aydan əvvəlki 12 təqvim ayı üzrə orta aylıq dövlət məvacibi əsasında hesablanır. 12 aydan az dövlət qulluğunda çalışan şəxslər üçün hesablamada faktiki qulluq edilmiş tam təqvim ayları nəzərə alınır.

Aylıq ömürlük müavinətin məbləği hesablanmış dövlət məvacibinin 15 faizini təşkil edir. Dövlət məvacibinə vəzifə maaşı ilə yanaşı, mükafatlar və müxtəlif əlavələr də daxil edilir.скачать dle 11.3
Mojo.az Banner