Mojo.az Banner
21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |     20:55 Üç uşağı nəzərə alındı, həbsə getmədi - 117 min manatlıq iş üzrə hökm  |     20:46 Bakıda 1 milyonluq dələduzluq edən avtosalon rəhbərləri ilə bağlı qərar  |     20:41 100 ildən çox yaşı olan rəsm əsərləri Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib?  |     20:35 Azərbaycanda həkim vəfat etdi  |     20:29 Sabunçuda qadın öldürüldü - Əri saxlanıldı  |     20:23 Sabah Bakıda yağış yağacaq  |     20:18 Azad edilmiş ərazilərdə daha 237 mina aşkarlandı  |     20:09 Yasamalda yaşıllığı məhv edərək hotel tikirlər? - VİDEO  |     20:02 Yol polisi yük avtomobillərinin sürücülərinə çağırış etdi  |     19:56 Bakıda avtobuslarla sərnişindaşıma artıb  |     19:51 Göygöldə qanunsuz tikili sökülüb - VİDEO  |     19:43 Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)

28.09.2026 21:20 108
112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)
Qazaxıstan ərazisində internet vasitəsilə qeyri-qanuni qumar oyunları təşkil edərək 112 min manatdan çox qanunsuz gəlir əldə etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Qaynarinfo xəbər verir ki, iş materiallarına əsasən, müttəhim 2023-cü ilin sentyabr ayının əvvəlində Qazaxıstanın Almatı şəhərində olarkən həmin ölkənin iki vətəndaşı ilə qabaqcadan əlbir olaraq “Telegram” platformasında “Grand Casino KZ” onlayn kazino oyunlarının təşkilində iştirak edib.

Araşdırma zamanı müəyyən edilib ki, qanunsuz qumar oyunları Qazaxıstanın oyun biznesi haqqında qanunvericiliyi ilə müəyyən edilmiş məkanlardan kənarda, internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edilməklə təşkil olunub.

İttihama görə, həmin oyunlar həm Qazaxıstan, həm də Azərbaycan ərazisindən onlayn idarə edilib və nəticədə ümumilikdə 112 682,77 manat qanunsuz gəlir əldə olunub.

Məhkəmə araşdırması zamanı məlum olub ki, sözügedən vəsait Qazaxıstanda fəaliyyət göstərən “KaspiBank”ın müxtəlif şəxslərin adına açılmış bank hesablarına daxil olub.

Müttəhim isə məhkəmədə ittihamı qəbul etməyib. O, ifadəsində Qazaxıstan vətəndaşı olan Ramil adlı şəxslə ortaq dostları vasitəsilə tanış olduğunu bildirib.

Onun sözlərinə görə, Ramil Azərbaycanda müvəqqəti qeydiyyata düşmək üçün ona müraciət edib və bunun müqabilində 300 manat pul verib. Daha sonra Ramil Çindən mal gətirib ticarətlə məşğul olmaq istədiyini deyərək bank kartlarının məlumatlarını istəyib.

Müttəhim bildirib ki, Ramilin kartlardan qumar oyunları üçün istifadə etməsindən xəbəri olmayıb. Onun sözlərinə görə, kart məlumatlarının istifadəsinə görə Ramil ona ayda təxminən 600-1 000 manat arasında pul göndərib.

Məhkəmədə verilən ifadəyə əsasən, müttəhim beş bank kartının məlumatlarını həmin şəxsə təqdim edib. O, kartlardan ikisinin öz adına, ikisinin qardaşının adına Azərbaycanda, birinin isə Qazaxıstanda öz adına açıldığını deyib.

Müttəhim həmçinin Qazaxıstana 2023 və 2024-cü illərdə musiqiçi kimi konsertlərlə əlaqədar getdiyini, lakin onlayn qumar fəaliyyəti barədə məlumatının olmadığını bildirib.

Məhkəmə araşdırması nəticəsində onun təqsirli olduğu qənaətinə gəlinib.

Müttəhim Cinayət Məcəlləsinin 244-1.2.2-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz qumar oyunlarının təşkili və ya keçirilməsi), 244-1.2.4-cü maddəsi (internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə qanunsuz qumar oyunlarının təşkili və ya keçirilməsi) və 244-1.2.5-ci maddəsi (xeyli miqdarda qanunsuz gəlir əldə etməklə törədilən qanunsuz qumar fəaliyyəti) ilə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.скачать dle 11.3
Mojo.az Banner