Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Üç uşağı nəzərə alındı, həbsə getmədi - 117 min manatlıq iş üzrə hökm

28.09.2026 20:55 123
Üç uşağı nəzərə alındı, həbsə getmədi - 117 min manatlıq iş üzrə hökm
Bakıda 117 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 1981-ci il təvəllüdlü Y.T. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib.

İş materiallarına əsasən, Y.T. zərərçəkmiş Ayselə Ramana qəsəbəsində torpaq alaraq həmin ərazidə fərdi yaşayış evləri tikib satmaqla gəlir əldə edəcəklərini vəd edib. Bu vədlə qadından müxtəlif vaxtlarda ümumilikdə 117 min manat pul alıb.

İddialara görə, ilk olaraq 2024-cü ilin aprel ayının sonunda 40 min manat, daha sonra 30 min manat və müxtəlif tarixlərdə digər ödənişlər alınıb. Pulun bir hissəsi nağd, digər hissəsi isə bank kartları vasitəsilə köçürülüb.

Zərərçəkmiş Aysel məhkəmədə bildirib ki, Y.T. əvvəlcə torpaq alıb ev tikməyi, daha sonra isə başqa bir yarımçıq tikilini alaraq təmir edib satmağı təklif edib. Lakin vədlərin yerinə yetirilmədiyini görən qadın pulunu geri tələb edib.

Məhkəmədə araşdırılan sübutlar arasında ödəniş qəbzləri, bank köçürmələri, audio və video yazılar, həmçinin tərəflər arasında keçirilmiş üzləşdirmə protokolu olub.

Y.T. isə ittihamı qismən qəbul edib. O, zərərçəkmiş şəxslə qeyri-rəsmi ailə münasibətlərində olduğunu, aralarında müxtəlif pul və əmlak məsələləri ilə bağlı razılaşmaların olduğunu bildirib. Təqsirləndirilən şəxs bəzi bank köçürmələrinin də zərərçəkmişin digər tapşırıqları ilə bağlı olduğunu deyib.

Məhkəmə hesab edib ki, Y.T. pul vəsaitlərini əldə edərkən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmayıb və zərərçəkmiş şəxsin etibarından sui-istifadə edib.

Məhkəmə zamanı Y.T.-nin əvvəllər məhkum olunmadığı, əməlindən peşman olduğu, himayəsində üç azyaşlı uşağının olduğu və dəymiş ziyanın ödənildiyi nəzərə alınıb.

Məhkəmə materiallarına görə, zərərçəkmiş şəxsə 69 min manat ödənilib. Daha sonra Aysel Y.T. ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Y.T. 5 il müddətinə azadlıqdan məhrum edilib. Lakin məhkəmə həmin cəzanı 2 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edib.

Y.T.-nin üzərinə sınaq müddəti ərzində daimi yaşayış yerini nəzarət orqanına məlumat vermədən dəyişməmək vəzifəsi qoyulub. Onun davranışına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilib.

Bundan başqa, Y.T. barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunub və o, məhkəmə zalında azadlığa buraxılıb.скачать dle 11.3
Mojo.az Banner