Mojo.az Banner
23:01 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub - FOTO  |     22:53 Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq  |     22:48 Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA  |     22:40 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı  |     22:35 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb - FOTO  |     22:28 Bakıda kişi sükan arxasında öldü  |     22:23 Bürclərə bağlılıq: Maraqlı psixoloji əlaqə  |     22:16 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü  |     22:11 Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı  |     22:02 Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək  |     21:57 Kərə yağı ucuzlaşır – İqtisadçı səbəbləri açıqladı  |     21:50 “ChatGPT”nin yeni modelində təhlükəsizlik problemi aşkarlandı  |     21:42 Narın içində qurd yoxdur, amma yenə də çürüyür  |     21:37 "215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO  |     21:30 İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik  |     21:24 Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA  |     21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |     21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO

28.09.2026 22:05 201
Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO
Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 107 ünvanında yaşayan sakinlər ərazidə fəaliyyət göstərən "Elit Pub" adlı obyektin səs-küy yaratmasından narazıdırlar.

Median.Az
Baku TV-yə istinadən xəbər verir ki, sakinlər xüsusilə gecə saatlarında buradan gələn yüksək musiqi səsinin onların istirahətinə mane olduğunu deyirlər.

Onlar bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem həllini tapmayıb.

"Elə bil, diskoteka evin içərisindədir. Ömrüm burada keçib. Bu yaşımda evimdən didərgin düşməliyəm?!", - deyə sakin narazılığını dilə gətirib.

Vətəndaşların iddiasına görə, bəzi günlərdə obyektdəki yüksək səs gecə saat 3-4-ə qədər davam edir.

"Gecə saat 4-də aşağı düşüb saatı göstərmişəm. Demişəm ki, burada nə bazar açmısınız?! Ad günü, məclis adı ilə üzr istəyiblər", - deyə şikayətçi bildirib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, iaşə obyektində məişət səs-küyü ilə bağlı vətəndaşları narahat edən neqativ hal polis əməkdaşları tərəfindən aradan qaldırılıb. Obyektin sahibi barəsində inzibati protokol tərtib olunub. Eyni əməlin təkrarlanacağı təqdirdə daha ciddi tədbirlərin görüləcəyi də onun diqqətinə çatdırılıb.скачать dle 11.3
Mojo.az Banner