Mojo.az Banner
17:22 KMBİ-dən əməliyyat: 5 milyonluq onlayn kazino şəbəkəsinin üzvləri saxlanıldılar - Video  |     17:12 Azərbaycanda güclü zəlzələ oldu - Foto  |     13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Keçmiş sevgililər geri qayıda bilər, amma... – Astroloqdan XƏBƏRDARLIQ

28.09.2026 15:28 1 167
Keçmiş sevgililər geri qayıda bilər, amma... – Astroloqdan XƏBƏRDARLIQ
Oktyabr ayı astroloji baxımdan kifayət qədər diqqətçəkən dövrlərdən biri olacaq. Ay ərzində həm Yeni Ay və Dolunay, həm də Venera və Merkurinin retro hərəkətləri müşahidə olunacaq.

Belə ki, oktyabrın 10-da Tərəzi bürcündə Yeni Ay, ayın 26-da isə Buğa bürcündə Dolunay baş verəcək. Bundan başqa, oktyabrın 3-də Venera retroqrada başlayacaq, 24-də isə Merkuri retro hərəkətə keçəcək. Ayın 23-də Günəşin Əqrəbə daxil olması da dövrün astroloji mənzərəsində diqqətçəkən dəyişikliklərdən biri kimi qeyd olunur.

Bəs bu astroloji dəyişikliklər bürclər üçün nə vəd edir? Hansı bürclər oktyabrda yeni başlanğıclar, münasibətlər, karyera və maliyyə baxımından daha əlverişli dövrlə qarşılaşa bilər? Retroqrad planetlərin təsiri hansı sahələrdə daha çox hiss olunacaq?

Mövzu ilə bağlı Median.Az-ın suallarını cavablandıran astroloq Sabirə Cəfər bildirib ki, sentyabr ayının sonu, oktyabr, hətta noyabr ayı astroloji olaraq gündəmlə doludur.

Astroloqun sözlərinə görə, Qoç bürcündə dolunay var. Bu dolunayın təsiri 14 gün davam edəcək. Qoç xüsusən baş bölgəsi ilə əlaqəli olduğu üçün təzyiqi, miqreni, davamlı baş ağrısı olan insanlar ekstra ehtiyatlı olmalıdır. Qoç Dolunayında impulsiv davranışlar, travmatik olaylar, qəzalar daha çox müşahidə olunur. Ona görə də maksimum belə davranışlardan, sürət həddini aşmaqdan uzaq durmaq lazımdır.
Sabirə Cəfər əlavə edib ki, Venera bu müddət ərzində 6 gün dayanacaq. Bir planet retro hərəkətinə başlamadan öncə stasionar vəziyyətə keçir. Bu rejimdə planetin təmsil etdiyi mövzularda tıxanma, irəliləməmə durumu olacaq. Yəni, bir münasibətdə irəlini görməmək, yaranan anlaşılmazlığın sanki çözülə bilməməsi kimi hallar ön planda olacaq. Bu dövrdə münasibətlərlə əlaqəli problemləri yaratmamağa çalışmaq lazımdır. Çünki həmin münasibətləri sonradan çözmək mümkün olmayacaq. Çətin situasiya olduğuna görə, bir anlaşma olarsa, imzalaya bilməyəcəyik, söz verəcəyiksə, tuta bilməyəcəyik.

"Oktyabrın 2-dən etibarən Venera retroya başlayacaq. Noyabrın 14-nə qədər bu proses davam edəcək. Bu retroda isə münasibətlərdə keçmişdən qayıdanları görürük. Keçmişlə bağlı mövzuların münasibətlər zəminində yenidən açılması sağlam evlilikləri belə bəzən sarsılda bilər. Venera retrosu iki ildən bir olur. Bu dövrdə istər evlilik, istər ortaqlıq, istər partnyor münasibətlərində bir balaca problemlər ortaya çıxa bilir".

Mütəxəssis tövsiyə verərək deyib:

"Bitmiş münasibətdən partnyor geri qayıdırsa, qarşı tərəf onu ciddi dönüş kimi qəbul etməməlidir. Çünki bu, həqiqətən də elə bir prosesdir ki, retro bitdikdə, problem yenidən yarana bilir".

Astroloq açıqlamasında vurğulayıb ki, 18 oktyabrdan Venera retrosuna Merkuri retrosu qoşulacaq. Merkuri retrosunun daxil olduğu gündən etibarən də 6 gün stasionar olaraq davam edəcək. O dövrdə də özəlliklə nigah kimi proseslər tövsiyə olunmur. Hər iki retronun xəritələrdən 20 noyabr civarında bitəcəyi ehtimal olunur. Ona görə də bu dövrdə nigah, anlaşma, ortaqlıq kimi müqavilələrin olmamasını tövsiyə edirəm.

Astroloq onu da bildirib ki, Merkuri retrosunda elektronik əşyaların təhlükəsizliyi ekstra bir önəm qazanır. Təmir etmək lazım gəldikdə isə retro dan əvvəl bu işləri həyata keçirmək tövsiyə edilir.

Astroloq dolunay və Yeni Ay məsələsinə də toxunaraq əlavə edib:

"İki göy üzü hadisəsi var. 10 oktyabrda, Tərəzi bürcündə bir Yeni Ay hadisəsi var. Tərəzi ikili münasibətlərin bürcüdür. Eyni zamanda savaşın və diplomatiyanın da bürcüdür. Dünyadakı savaşlarda yeni bir mərhələyə keçid başladığı bir vaxtda, diplomatik anlaşmalar yönündən də Tərəzi dolunayını ekstra önəmsəyə bilərik. Ancaq dünya üçün təəssüflər olsun ki, o qədər də stabil bir dönəmə işarə etmir. Mümkün qədər insani münasibətlərdə də harmoniyaya uymaq, insani dəyərlərə diqqət etmək tövsiyə olunur. Yeni ay bilinənin əksinə yeni başlanğıc zamanı deyil. Həmin ərəfədə hansısa başlanğıclar etməməliyik. Bunu iki-üç gün sonra planlamaq olar.
"Həm Venera, həm də Merkuri fonunda Buğa dolunayını da yaşayacağıq. Buğanın ilk, 2 dərəcələrində dolunay var. Buğa dolunayı birjaları, pul və iqtisadiyyatı əlaqədar edən bir dövrdür. Xüsusilə günəşin Əqrəbdə olduğu mərhələdə baş verəcək. Maliyyələrlə əlaqəli mövzularda həmin dövrdə diqqətli olmaq tövsiyə edilir. Merkuri retrosu fonunda yüklü məbləğlərdə kredit götürməkdən, yüklü ortaqlığa daxil olmaqdan, pul yatırmaqdan uzaq durmaqda fayda var. Xüsusən Buğa dolunayının təsadüf etdiyi 14 günlük mərhələ bu iki planetin retrosu dövrünə birbaşa təsir edəcək", - deyə Sabirə Cəfər sonda diqqətə çatdırıb.
Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner