Manatın ucuzlaşması nələrə təsir edəcək? Dərmandan turizmə qədər...
Azərbaycanda istehlak bazarında idxal məhsullarının mühüm paya sahib olması xarici bazarlarda baş verən dəyişiklikləri ölkə daxilində qiymət dinamikası baxımından da əhəmiyyətli edir. Dünya bazarında qiymət artımları ilə yanaşı, valyuta məzənnələrindəki dəyişikliklər də idxal məhsullarının maya dəyərinə təsir göstərə bilər. Bu təsir xüsusilə xaricdən gətirilən ərzaq, məişət texnikası, avtomobil, dərman və digər məhsulların qiymətlərində daha tez hiss oluna bilər. İdxal olunan xammal və avadanlıqlardan istifadə edən yerli istehsal sahələrində də əlavə xərc yarana bilər. Bəs manatın məzənnəsində mümkün dəyişiklik qiymətlərə hansı ardıcıllıqla təsir göstərə bilər və ilk növbədə hansı məhsul və xidmətlərin bahalaşması gözlənilir?
Bu barədə sosial-iqtisadi məsələlər üzrə ekspert İlqar Hüseynli Median.Az-a açıqlamasında deyib ki, manatın məzənnəsinin dəyişməsi, xüsusilə dollar, avro və rublun məzənnələrindən asılı olan idxal məhsullarının qiymətlərinin kəskin artmasına səbəb ola bilər:
“Hazırda əsas diqqət manatın dollar qarşısında alıcılıq qabiliyyətini və mövcud məzənnəni qoruyub saxlamasına yönəlib. Dövlət bununla bağlı ciddi maliyyə resursları sərf edir. Amma xatırlayırsınızsa, 2014-cü ildə baş verən proseslər fonunda manat zəiflədi. Dolların 0,78 manat olan məzənnəsi əvvəl 1,05 manata, daha sonra isə 1,70 manata qədər yüksəldi. Nəticədə bəzi məhsulların satışını həyata keçirən şirkətlər müəyyən müddət ərzində satışları dayandırdılar. Buna dərman preparatlarını nümunə göstərmək olar. Apteklərdə qiymətlərin dəyişməsi ilə bağlı müəyyən müddət ərzində qeyri-müəyyənlik yarandı və satışlarda ciddi çətinliklər müşahidə edildi. Eyni zamanda, dollar və avro məkanından asılı olan digər məhsulların da satışında müəyyən fasilələr yarandı. Sahibkarlar yeni məzənnəyə uyğun qiymətləri müəyyən etdikdən sonra məhsulların satışını bərpa etdilər və bəzi hallarda qiymətlər əvvəlki dövrlə müqayisədə təxminən iki dəfə artdı”.
O qeyd edib ki, xidmət sahəsinə gəldikdə isə daşınma xidmətlərində ciddi dəyişikliklər baş verə bilər:
“İstər hava, istərsə də dəmir yolu ilə sərnişindaşıma və yükdaşıma sahələrinə bu dəyişikliklərin ciddi təsiri ola bilər. Bu xidmətlərdə həddindən artıq bahalaşma müşahidə oluna bilər ki, bu da öz növbəsində istehlak mallarının qiymətlərinin artmasına təsir göstərə bilər. Turizm xidmətlərində də ciddi problemlər yarana bilər. Məsələn, istehlakçı Azərbaycanda 1700 manat qazanıb 1000 dolları manata çevirərək xarici ölkəyə səfər edə bilirsə, manatın məzənnəsi dəyişərək 1 dollar 2 manata qalxarsa, həmin şəxsin 1000 dollar əldə etmək üçün 2000 manat gəliri olmalıdır. Əgər daxildə insanların maaşlarında və digər gəlirlərində buna adekvat artım baş verməzsə, xaricə səyahət və turizm xidmətləri vətəndaşlar üçün əhəmiyyətli dərəcədə bahalaşacaq. Əsas risklərdən biri dollar və avro məkanından idxal olunan məhsullarla bağlıdır. Eyni zamanda, Rusiyadan da ölkəmizə çoxlu sayda məhsul idxal olunur və rublun məzənnəsindəki dəyişikliklər də müəyyən təsir göstərə bilər. Türkiyə və İran kimi ticarət dövriyyəmizin yüksək olduğu ölkələrə gəldikdə isə onların milli valyutalarının məzənnəsindəki dəyişikliklər artıq müəyyən müddətdir ki, idxal etdiyimiz məhsulların qiymətlərinə təsir edir. Bu səbəbdən həmin ölkələrdən gələn məhsullar üzrə əlavə təsirin miqyası digər valyutalarla müqayisədə fərqli ola bilər”.
Aysel