Mojo.az Banner
13:20 Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti hər gün məhdudlaşdırılacaq - FOTO  |     13:03 Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək  |     12:47 24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq  |     12:44 "5 milyon qazansa da, gözü əlavə 100 manatdadır" – SOSİOLOQ  |     12:34 Fermerlərin NƏZƏRİNƏ: Yeni güzəştlərlə bağlı QƏRAR İMZALANDI  |     12:14 Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq  |     12:03 Kəndlərdə qızların erkən ərə verilməsinin səbəbləri AÇIQLANDI  |     12:01 Keçmiş yeznəsini qız adı ilə "TikTok"da aldadıb evə çağırdı  |     11:39 Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE  |     11:14 Bir qrup prokurorluq əməkdaşına medallar verildi - SƏRƏNCAM  |     19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |    
Mojo.az Avto
Mojo.az Avto

24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq

28.09.2026 12:47 93
24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq
Qusar Rayon Mərkəzi Xəstəxanasında müalicə alan pasiyentin ölümünə səbəb olmaqda təqsirləndirilən mama-ginekoloq Yelena Tağıyeva barəsində hökm çıxarılıb.

Median.Az
"Qaynarinfo"ya istinadla xəbər verir ki, məhkəmə materiallarına əsasən, hadisə 2023-cü ilin oktyabrında Qusar Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və Doğum şöbəsində baş verib.

Xaçmaz rayonunun Çiləgir kənd sakini, 2002-ci il təvəllüdlü A.B. xəstəxanada əməliyyat keçirib. Məhkəmənin müəyyən etdiyi hallara görə, əməliyyatdan sonra xəstə həkim nəzarətində saxlanılmalı olduğu halda, təqsirləndirilən Yelena Tağıyeva onun vəziyyətinə lazımi qaydada nəzarət etməyib.

İş materiallarına əsasən, A.B. əməliyyatdan sonrakı dövrdə müəyyən müddət nəzarətsiz qalıb. Həmin müddətdə vəziyyəti ağırlaşıb, tromboemboliyanın ilkin əlamətləri vaxtında müəyyən edilməyib və buna uyğun təxirəsalınmaz tibbi tədbirlər görülməyib.

Nəticədə A.B. ağciyər arteriyasının trombozu ilə əlaqədar yaranmış kəskin ağciyər-ürək çatışmazlığından vəfat edib.

Məhkəmə Yelena Tağıyevanın mama-ginekoloq kimi üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirmədiyini, işinə vicdansız və ya laqeyd münasibət göstərdiyini və bunun nəticəsində pasiyentin ölümünün baş verdiyini müəyyən edib.

Məhkəmə iclasında Yelena Tağıyeva özünü təqsirli bilməyib. O, A.B.-nin xəstəxanaya ağır vəziyyətdə gətirildiyini, əməliyyatdan əvvəl tam müayinədən keçirilmədiyini və xəstəyə düzgün diaqnoz qoyulmadığını iddia edib.

Təqsirləndirilən şəxs həmçinin bildirib ki, pasiyentin əməliyyatdan sonra ən azı 24 saat reanimasiya şöbəsində saxlanılması və cərrahla anestezioloqun nəzarətində olması zəruri idi. Onun sözlərinə görə, xəstənin vəziyyəti pisləşdikdən sonra da lazımi tibbi tədbirlər görülməyib.

Bununla belə, məhkəmə iş üzrə toplanmış sübutları, o cümlədən ekspertiza materiallarını və digər sənədləri qiymətləndirərək Yelena Tağıyevanın təqsirli olması qənaətinə gəlib.

Yelena Tağıyeva Cinayət Məcəlləsinin 314.2-ci maddəsi (səhlənkarlıq - ehtiyatsızlıqdan şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) ilə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə ona 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.скачать dle 11.3
Mojo.az Banner