Kəndlərdə qızların erkən ərə verilməsinin səbəbləri AÇIQLANDI
Azərbaycanda 15-17 yaşlı qızların ana olması ilə bağlı açıqlanan statistika cəmiyyətdə ciddi narahatlıq doğurur.
Ötən il bu yaş qrupunda olan qızların 877 uşaq dünyaya gətirməsi yeniyetmələrin erkən yaşda ailə qurması və ana olması problemini yenidən gündəmə gətirir. 15-17 yaşlı qızlar arasında ana olanların sayının 877 nəfər olması cəmiyyətimizdə hansı sosial problemlərdən xəbər verir?
Sosioloq Mail Yaqub Median.Az-a açıqlamasında bildirib ki, burada müxtəlif səbəblər var:
“Birinci səbəb kənd ərazilərində qızların təhsil və iş imkanlarının məhdud olması, onların boya-başa çatdıqdan sonra erkən ailə qurmasıdır. İkinci səbəb ailələrdə formalaşmış spesifik mədəni yanaşmalardır. Məsələn, bəzi ailələrdə 15-16 yaşında qız uşağının ərə getməsi məqbul hesab olunur. Üçüncü məsələ isə hüquqi maarifləndirmənin yetərli olmamasıdır. Qanunvericilikdə 18 yaşından əvvəl ailə qurmağa qadağa qoyulduğundan ailələrin bu barədə məlumatlı olması vacibdir”.
O qeyd edib ki, lakin bəzi ailələr bu hüquqi tələblərdən xəbərsizdir:
“Bu səbəblərin aradan qaldırılması üçün ilk növbədə təhsil və iş imkanları genişləndirilməli, hüquqi maarifləndirmə gücləndirilməli, ailələrin yanaşmasının dəyişdirilməsi istiqamətində təlimlər və maarifləndirici proqramlar həyata keçirilməlidir. Təəssüf ki, Azərbaycanda belə təlimlərin və maarifləndirici verilişlərin sayı olduqca azdır. Hətta dövlət televiziyalarında da bu mövzuda proqramlara çox az rast gəlinir. Əsas səbəblər bunlardır”.
Aysel