Mojo.az Banner
17:06 İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN  |     16:54 Dünya təcrübəsi Azərbaycana gəlir – Bakı küçələri avtomobillərdən təmizlənəcək?  |     16:51 Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB  |     16:44 Kobaxidze: "Gürcüstan və Azərbaycan arasında heç bir gərginlik yoxdur"  |     16:28 Vüsal Şilderin qətli 10 000 manata icra olunub?  |     16:15 Cəlilabadda itkin düşən qadınla bağlı İLGİNC DETAL: "Bizi görüb qaçdı" - VİDEO  |     16:14 Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ  |     16:13 Pakistanda azərbaycanlı qadına qarşı DƏHŞƏT: Üç kişi tərəfindən zorlandı  |     15:51 Üç uşağı nəzərə alındı, həbsə getmədi - 117 min manatlıq iş üzrə hökm  |     15:50 Azərbaycanda yeni turizm məhsulları yaradılır  |     15:33 Rusiyada təhsil almaq istəyən azərbaycanlı tələbələrlə bağlı diqqətçəkən AÇIQLAMA  |     15:31 Manatın ucuzlaşması nələrə təsir edəcək? Dərmandan turizmə qədər...  |     15:28 Keçmiş sevgililər geri qayıda bilər, amma... – Astroloqdan XƏBƏRDARLIQ  |     15:25 Jurnalist Əvəz Zeynallı vəfat etdi  |     13:33 LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq  |     13:20 Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti hər gün məhdudlaşdırılacaq - FOTO  |     13:03 Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək  |     12:47 24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq  |     12:44 "5 milyon qazansa da, gözü əlavə 100 manatdadır" – SOSİOLOQ  |     12:34 Fermerlərin NƏZƏRİNƏ: Yeni güzəştlərlə bağlı QƏRAR İMZALANDI  |    
Mojo.az Avto
Mojo.az Avto

LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq

28.09.2026 13:33 138
LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq
Sentyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-20° isti, gündüz 22-25° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-6° isti, gündüz 6-10° isti olacaq.скачать dle 11.3
Mojo.az Banner