Xalq artisti Mələykə Əsədova evini satışa çıxarıb.
Median.Az lent.az-a istinadən xəbər verir ki, aktrisa bunun üçün yaşadığı ərazidə yerləşən vasitəçiyə müraciət edib. “Makler” həmin evin videosunu çəkərək, onu sosial şəbəkədə paylaşıb.
Əməkdaşımız evi satan vasitəçi Miri adlı şəxslə əlaqə saxlayıb. Vasitəçi evin satış qiymətinin 3 milyon manat olduğunu deyib:
“Qiymətdən çox düşə bilməyəcəyik. Amma endirim olacaq”.