Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Keçmiş vəkil Elman Paşayev dələduzluqda təqsirini etiraf etməyib

27.11.2024 19:27 3 090
Keçmiş vəkil Elman Paşayev dələduzluqda təqsirini etiraf etməyib
Keçmiş vəkil Elman Paşayev xüsusilə külli miqdarda dələduzluqda təqsirini etiraf etmir.

Median.Az
bu barədə TASS-a istinadən xəbər verir.

"Təqsirimi etiraf etmirəm", - təqsirləndirilən şəxs İkinci Qərb Dairə Hərbi Məhkəməsində həbs müddətinin uzadılmasına dair şikayətinə baxılarkən bildirib. Paşayev hesab edir ki, ona qarşı cinayət işi zərərçəkmiş tərəf kimi tanınan bloqer Aleksey Blinovski tərəfindən verilən ərizə əsasında açılıb.

Keçmiş vəkilin sözlərinə görə, onun günahsız olduğunu ordu ehtiyacları üçün şəxsi vəsaitlərini xərcləməsi sübut edir. "Mən Rublyovkadakı şəxsi evimi, yaxtamı, maşınımı və oğlumun evini satdım, həmçinin şəxsi vəsaitlərimdən humanitar yardım üçün təxminən 80 milyon rubl (təxminən 1,3 milyon manat - red.) xərclədim. Bu reklam deyil, mənim üçün şərəfdir", - deyə Paşayev qeyd edib.

İş materiallarından məlum olduğu kimi, Blinovski bu ilin aprel ayının əvvəlində Moskvada ona 100 min dollar verib, halbuki təqsirləndirilən şəxsin sözlərinə görə, o vaxt o, Uqledar yaxınlığında olub. "Pulun (Blinovski tərəfindən) mənə verilməsi barədə heç bir sübut yoxdur", - deyə Paşayev məhkəmə iclası zamanı əlavə edib.

Son xəbərlər