Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Cəlilabadda yol qəzasında xəsarət alanların vəziyyəti açıqlandı  |     22:31 Məhkəmədə Kəlbəcərin işğalı zamanı ermənilərin mülki əhalini atəşə tutması ilə bağlı ifadə verilib  |     22:22 Boşanmadan sonra kredit borcunu kim ödəməlidir?  |     22:17 Magistraturanın SABAH qrupları ləğv olunur  |     22:09 9 uşaq bağçası açılacaq  |     22:03 13 yaşlı "ağ" haker "Microsoft"a necə kömək edir?  |     21:57 Ermənistan Rusiyaya nota verdi  |     21:52 Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi  |     21:45 "Range Rover"i içkili idarə etdi, məhkəməyə gəlmədi - Cəza verildi  |     21:39 Pulsuz dərman 80 manata... - TƏBİB Əməkdar artistə cavab verdi  |     21:31 Süni intellekt 18 il övlad sahibi ola bilməyən qadının hamilə qalmasına kömək etdi  |     21:25 Sabiq rəis elektron qolbaqda gəzəcək  |     21:16 "Reo-Med Tibb Mərkəzi"də yoxlama - Pozuntular aşkarlandı  |     21:11 Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı  |     21:04 Tramp yeni gömrük rüsumları ilə bağlı məktubları ölkələrə nə vaxt göndərəcək?  |     20:59 Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? (VİDEO)  |     20:51 Okeanlarda milyon illər əvvəl baş vermiş hadisə təkrarlana bilər?  |     20:45 Andrey Bədəlov pəncərədən yıxılaraq öldü  |     20:37 Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT (VİDEO)  |     20:30 Faktiki hava açıqlandı  |    

Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Median.Az
"Report"a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hadisə şahidləri iştirak etməyiblər.

Eləcə də tərəflər onların iştirakı olmadan prosesin keçirilməsinə etiraz etməyib.

Prosesdə ittiham aktı elan edilib. Xalq artisti ittihama münasibət bildirərək özünü təqsirli bilməyib.

O, prosesdə çıxışa hazır olmadığını deyib.

"Bütün məsələ havada qalıb. Mən kömək istəyirəmsə, niyə söyüşlə istəyə bilərəm. Hazırda çıxışa hazır deyiləm. Ona görə də bu gün ifadə vermək istəmirəm", - xalq artisti deyib.

Məhkəmə prosesi dekabrın 3-ə kimi təxirə salınıb.

Qeyd edək ki, Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva cinayət işində zərərçəkən qismində tanınıb.

Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq,silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            405 28.11.24 16:15