Mojo.az Banner
13:48 Azərbaycanda 41 dərəcə isti olacaq  |     13:46 Çak Rassel 74 yaşında vəfat etdi 15 17  |     13:39 Gürcüstan işıqsız qalıb: Son vəziyyət AÇIQLANDI (Yenilənib)  |     13:35 Ehtiyatda olan polkovnik-leytenant VƏFAT ETDİ - FOTO  |     13:28 Azərbaycan nefti kəskin UCUZLAŞDI  |     13:22 Qarpızların gizli təhlükəsi  |     13:20 Yatmazdan əvvəl hansı qidalar yuxusuzluğa səbəb olur?  |     13:18 Cəlilabadda park tikintisi zamanı qədim əşyalar tapılan ərazi nəzarətə götürülüb  |     13:10 Azərbaycanda MƏŞHUR HƏBSXANA RƏİSİ vəfat etdi - FOTO  |     13:07 Lionel Messi Argentina yığmasındakı karyerasını başa vurdu?  |     23:01 Bakıda keçiriləcək güləş üzrə dünya çempionatının medalları təqdim olunub  |     22:53 Mikayıl Cabbarov iclas keçirdi  |     22:48 Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR  |     22:40 Latviya Rusiyaya etiraz notası təqdim etdi  |     22:34 Dünya çempionu olsalar da, rekord məbləğdə vergi ödəyəcəklər  |     22:27 Netanyahu iyulun 27-də Trampın dəvətilə Vaşinqtona səfər edəcək  |     22:22 Bağlanacağı deyilən Bakı Qızlar Universitetindən açıqlama  |     22:15 Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib  |     22:08 Şəmkirdə 12 yaşlı qız bıçaqlanıb öldürüldü  |     21:59 "Biləcəri" dairəsində yanğınla bağlı qoyulan məhdudiyyət aradan qaldırıldı  |    
Left Banner
Right Banner

Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? (VİDEO)

04.07.2025 20:59 501
Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? (VİDEO)
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir.

Xezerxeber.az-ın xəbərinə görə, bu, Milli Məclisin iyulun 4-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Təqdim olunan qanun layihəsi Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli standartının tələblərinə uyğunlaşdırılması, həmçinin şəxsiyyət vəsiqəsinin istifadəsi üzrə yaranmış bəzi çətinliklərin aradan qaldırılması məqsədilə hazırlanıb.

Şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibinin yenilənməsi təklif olunur. Belə ki, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə edilir. Eyni zamanda elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatların saxlanılması təklif olunur.

Təklif olunan digər dəyişiklik ondan ibarətdir ki, vətəndaşın ailə vəziyyəti, valideynləri, uşaqları, hərbi vəzifəsi və digər məlumatlar artıq birbaşa elektron daşıyıcıda deyil, IAMAS (idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) vasitəsilə saxlanılacaq və kriptoqrafik mühafizə olunacaq.скачать dle 11.3
Mojo.az Banner