Mojo.az Banner
18:09 Leyla Əliyevadan ailə FOTOSU  |     17:49 Azərbaycan XİN Pakistana başsağlığı verib  |     17:35 Azərbaycandan Özbəkistana gedənlərin sayı 72% ARTIB  |     17:26 Niyə bəzi insanlar pul qoxusunu sevir – Bunun səbəbi nədir?  |     17:18 Anasını qətlə yetirən oğluna HÖKM OXUNDU  |     16:58 Beş aylıq hamilə qadın öldü: Kim günahkardır? (Video)  |     16:53 Çəmbərək yaxınlığında erməni əsgərinin ölümünə görə qərargah rəisi saxlanıldı  |     16:23 Rusiya ordusu Ukraynada yaşayış məntəqələrini nəzarətə götürdü  |     16:09 Ötən gün 25 nəfər saxlanılıb  |     16:05 Meşələrdən meyvə toplayanlar cərimələnirlər? - RƏSMİ AÇIQLAMA (Video)  |     15:58 Qaradağda dörd mindən çox qəlyan tütünü qanunsuz dövriyyədən çıxarılıb  |     15:50 10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır  |     15:49 Sabahdan Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ  |     15:48 "Qarabağ"ın yeni transfer hədəfi BİLİNDİ  |     15:41 Polad Bülbüloğlu üçüncü dəfə evlənməsi xəbərini təkzib etdi (Yenilənib)  |     15:38 Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub  |     15:06 Ağcabədi şəhərinin bəzi ərazilərində qaz olmayacaq  |     14:46 Bakıda 19 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb  |     14:45 Azərbaycanda daha bir universitetdə erməni dili tədris ediləcək - RƏSMİ  |     14:43 Bakıda tikilidə YANĞIN: 36 yaşlı kişinin meyiti TAPILDI - VİDEO  |    
Left Banner
Right Banner

Prezident şəxsiyyət vəsiqələri ilə bağlı dəyişiklikləri TƏSDİQLƏDİ - FOTO

25.07.2025 15:30 861
Prezident şəxsiyyət vəsiqələri ilə bağlı dəyişiklikləri TƏSDİQLƏDİ - FOTO
Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqəsinin formasında və üzərində olan məlumatların dairəsində dəyişiklik edilib.

Median.Az
President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında müvafiq qanunu təsdiqləyib.

Dəyişikliklə "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Qanunun 3-cü maddəsi aşağıdakı redaksiyada verilib:

"Maddə 3. Şəxsiyyət vəsiqəsinin məlumatları

Şəxsiyyət vəsiqəsinin məlumatları onun üzərində, elektron daşıyıcısında və "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (bundan sonra ─ İAMAS) olan məlumatlardan ibarətdir.

Şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, vətəndaşlığı, doğulduğu yer, ünvanı (yaşayış yeri), qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun fotoşəkli yerləşdirilir.

Şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) aşağıdakı məlumatlar daxil edilir:

bu maddənin ikinci hissəsində göstərilən məlumatlardan vətəndaşın soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi, vəsiqənin verilmə tarixi, şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun fotoşəkli;

vətəndaş soyadını və (və ya) adını dəyişdiribsə, əvvəlki soyadı və (və ya) adı;

vətəndaşın əl-barmaq izləri;

şəxsiyyət vəsiqəsini verən orqanın adı;

"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə"də nəzərdə tutulduğu halda digər məlumatlar.

Vətəndaşın şəxsiyyət vəsiqəsi ilə bağlı İAMAS-da olan və müvafiq dövlət informasiya sistemlərindən (ehtiyatlarından) ötürülən məlumatlardan aşağıdakılar İAMAS-da kriptoqrafik vasitələrlə mühafizə olunaraq saxlanılır:

vətəndaşın ailə vəziyyəti, boyu, gözlərinin rəngi və hərbi vəzifəsi;

vətəndaşın valideynlərinin soyadı, adı, atasının adı, vətəndaşın qanuni nümayəndəsinin soyadı, adı, atasının adı və əlaqə məlumatları;

vətəndaşın ərinin (arvadının) soyadı və adı (nikaha daxil olarkən soyad dəyişdiribsə, nikahdan əvvəlki soyad da göstərilir);

vətəndaşın uşaqlarının soyadı, adı, doğum tarixi və cinsi.

Bu maddədə nəzərdə tutulmuş məlumatları şəxsiyyət vəsiqəsinə, şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına və müvafiq dövlət informasiya sistemlərinə (ehtiyatlarına) daxil edən vəzifəli şəxs onların düzgünlüyünə görə cavabdehdir.

Şəxsiyyət vəsiqəsinin məlumatları Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Şəxsiyyət vəsiqəsinin məlumatlarının Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulur".

Yeni qanunla şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə ediləcək.

Bundan başqa, dövlət başçısı , "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 251-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə Fərman imzalayıb.

Şəxsiyyət vəsiqəsinin yeni formasının nümunəsini təqdim edirik:




скачать dle 11.3
Mojo.az Banner