Mojo.az Banner
23:01 Yay tətilində yollar niyə poliqona çevirilir ? - AÇIQLAMA  |     22:55 Bu sürücüləri 100 manat cərimə gözləyir - Səbəb açıqlandı  |     22:43 Bu avtobus marşrutları müsabiqəyə çıxarılır  |     22:38 Ölümlə nəticələnən qəzaya görə neçə il həbs düşür? - Sərxoş sürücülərə ağır cəza  |     22:23 65 yaşdan sonra bu müəllimləri işdə saxlayırlar...  |     22:17 Sosial müavinət və təqaüdlər bu tarixdə ödəniləcək  |     22:09 Ağcaqanadlardan qorunmağın yeni ÜSULU tapılıb  |     22:02 Cəbrayıl rayonunda mina partladı, 1 nəfər xəsarət aldı  |     21:55 Park salınan ərazidə qədim dövrə aid əşyalar tapıldı  |     21:46 "Google" 1 milyard dollara yaxın cərimə edildi  |     21:41 Pandemiya kimi hazırlaşın - ÜST-dən xəbərdarlıq  |     21:34 "Çəhrayı pantera" ilə tanınan ifaçı vəfat etdi  |     21:29 “Brent” yenidən bahalaşdı  |     21:21 İkinci kurs tələbəsi dünyasını dəyişdi  |     21:16 Daha bir Türkiyə gəmisi vuruldu - Ölən və yaralılar var  |     21:09 Bu ölkədə vəba xəstəliyi yayılır - Ölənlərin sayı isə...  |     21:02 Dənizdə batan yeniyetmənin meyiti tapıldı  |     21:00 Xankəndidə kafe yanıb - Xəsarət alanlar var  |     20:45 Bu ərazilərdə qaz olmayacaq  |     20:40 Türkiyədə "Ahbap" dərnəyinə qarşı istintaq çərçivəsində məşhurlar ifadə verməyə çağırıldılar  |    
Left Banner
Right Banner

Okeanlarda milyon illər əvvəl baş vermiş hadisə təkrarlana bilər?

04.07.2025 20:51 564
Okeanlarda milyon illər əvvəl baş vermiş hadisə təkrarlana bilər?
Okeanlar bir zamanlar nəhəng vulkan püskürməsi nəticəsində demək olar ki, bütün oksigenini itirmişdi. Bu balansın bərpası minlərlə il çəkmişdi. Bu gün isə elmi müşahidələrə əsasən, dəniz və okeanlarda yenidən oksigen çatışmazlığı təhlükəsi yaranır.

Qaynarinfo xəbər verir ki, Earth.com saytının məlumatına görə, milyonlarla il əvvəl yeraltı vulkanların güclü püskürməsi nəticəsində Yerin su və hava atmosferinə bir anda 20 giqatonndan artıq karbon qazı daxil olmuşdu. Bu hadisə müasir Cənubi Afrikanın sahillərində baş verib.

Planetin temperaturu yüksəlmiş, okean sularının qarışması ləngimiş və kimyəvi tərkibi dəyişərək oksigen səviyyəsi kəskin azalmışdı. Həmin dövrdə okeanlarda yaşıl yosunlar sürətlə artmış, vulkanik külü emal etsələr də, eyni zamanda oksigen çatışmazlığını dərinləşdirmişdilər.

Oksigen çatışmazlığı təxminən 500 min il davam etmiş və yalnız vulkanik fəallıq azaldıqdan sonra karbon və oksigen dövranı bərpa olunmuşdu. Həmin dövrdən xatirə olaraq dəniz dibində çoxlu əhəngdaşı çökmələri qalıb. Bu çöküntülər xüsusilə Qara dənizin dibi kimi bölgələrdə geniş yayılıb.

Kaliforniya Texnologiya İnstitutunun professoru Fransua Tisso hesab edir ki, o dövrlə müqayisə edilə biləcək kimyəvi dəyişikliklər müasir okeanlarda da baş verə bilər. Dəniz ekoloqu Deniz Breytburqun sözlərinə görə, suyun tərkibində həll olmuş oksigen ehtiyatları 1960-cı ildən bəri 2 faiz azalıb.

2024-cü ildə aparılmış tədqiqatlar göstərir ki, iqlim dəyişikliyi nəticəsində suyun oksigensizləşməsi prosesi sürətlənib. Bu templə davam edərsə, 2100-cü ilə qədər orta dərinlikdəki su qatlarında oksigen səviyyəsi 20 faizədək azala bilər. Bu isə bir çox dəniz canlısı və bitkiləri üçün ciddi təhlükə yaradır. Hazırda dünyada müxtəlif bölgələrdə "ölü zonalar” aşkarlanır. Belə zonalar əsasən 400-dən artıq estuari (çayla dənizin qovuşduğu bölgələr) ərazilərində qeydə alınıb və bu da açıq dənizlərdə də genişmiqyaslı dəyişikliklərin baş verdiyini göstərir.

Alimlər bu prosesi dayandırmaq üçün istixana qazlarının emissiyasını azaltmağa, iqlim dəyişikliyini yavaşlatmağa çağırırlar. Onların fikrincə, müasir texnologiyalar – peyklər, avtonom suüstü qurğular və dəniz dibi sensorları artıq okeanlardakı oksigen səviyyəsini real vaxta yaxın dəqiqliklə izləyir. Bu baxımdan, oksigen itkisinin qarşısını almaq üçün əsas tədbirlər kimi, fosil yanacaqların istifadəsinin azaldılması, karbon toplayan ekosistemlərin qorunması və qida maddələrinin dənizə axınının məhdudlaşdırılması təklif olunur.скачать dle 11.3
Mojo.az Banner