Təhlükəli məhsullarla bağlı YENİLİK: Hansı mallar bazardan yığışdırılacaq?
Azərbaycanda insan həyatı və sağlamlığı üçün təhlükəli olan məhsulların bazardan yığışdırılması və məhv edilməsi qaydaları müəyyənləşdiriləcək. Milli Məclisdə “Texniki tənzimləmə haqqında” qanuna edilən dəyişiklik bu cür məhsulların dövriyyədən çıxarılmasını nəzərdə tutur. Bəs hansı məhsullar təhlükəli hesab ediləcək? Mağazalarda satılan qida məhsulları, kosmetika, uşaq oyuncaqları və məişət əşyaları da bu siyahıya daxil ola bilərmi? Təhlükəli məhsullar necə müəyyənləşdiriləcək və vətəndaşlar belə mallardan necə qorunacaqlar?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib:

Sədrin sözlərinə görə, ölkənin əmtəə bazarına daxil olan mallar, eləcə də ölkədə istehsal olunan məhsullar həmin texniki reqlamentin tələblərinə cavab verməlidir.
Mütəxəssis əlavə edib ki, təhlükəsizliyi təmin edilən mallar həmin texniki reqlamentin tələblərinə cavab verən məhsullar olacaq. Və bu məsələnin Milli Məclisdə müzakirə olunması çox yaxşı haldır.
Eyyub Hüseynov qeyd edib ki, təhlükəli mal bütün sahələrdə ola bilər. Elektrik, qida, geyim və s. məhsulları buraya daxildir. Yəqin ki, bunun çeşidləri də müəyyən olunacaq.
Bunun çox vacib məsələ olduğunu vurğulayan E. Hüseynov sonda deyib:
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib:

"2021-ci ilə qədər Nazirlər Kabinetinin 343 saylı qərarı mövcud olub. Həmin qərar təhlükəsizliyi təmin olunan mallar siyahısı idi. Bu siyahıda 100-dən çox məhsul vardı. Həmin qərar 2021-ci ildə ləğv olundu. Daha sonra malların təhlükəsizliyini təmin etmək üçün reqlamentlər yaradıldı".
Sədrin sözlərinə görə, ölkənin əmtəə bazarına daxil olan mallar, eləcə də ölkədə istehsal olunan məhsullar həmin texniki reqlamentin tələblərinə cavab verməlidir.
Mütəxəssis əlavə edib ki, təhlükəsizliyi təmin edilən mallar həmin texniki reqlamentin tələblərinə cavab verən məhsullar olacaq. Və bu məsələnin Milli Məclisdə müzakirə olunması çox yaxşı haldır.
Eyyub Hüseynov qeyd edib ki, təhlükəli mal bütün sahələrdə ola bilər. Elektrik, qida, geyim və s. məhsulları buraya daxildir. Yəqin ki, bunun çeşidləri də müəyyən olunacaq.
Bunun çox vacib məsələ olduğunu vurğulayan E. Hüseynov sonda deyib:
"Azərbaycan daxilində ilk dəfə 15 gün bundan öncə Milli Məclisdə Əli Məsimli istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun yenilənməsini tələb edib. 1995-ci ildə qəbul edilən qanun köhnəlib. Baxmayaraq ki, Milli Məclisdə 20-dən çox hüquqşünas, iqtisadçı var, onların hamısı biznesin inkişafından danışır. Lakin istehlakçı hüquqları arxa planda qalıb. Bu qanun dəyişməlidir. Qanun dəyişdiyi təqdirdə istehlakçı hüquqları qorunmuş olacaq".
