Əfqanıstanda siyasi hakimiyyətdə olan "Taliban" hərəkatı Herat şəhərində fəaliyyət göstərən qadınlar üçün qəhvəxanaların bağlanmasına göstəriş verib.
Median.Az bu barədə "Amaj News"a istinadən xəbər verir.
Qeyd olunur ki, həmin qəhvəxanalara ancaq qadınların girişinə icazə verilsə də, "Taliban" nümayəndələri bu məhdudiyyətlə də razılaşmaq istəməyiblər.