Bakı metrosunda 9 yeni stansiya tikiləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:33 Bakıda qızıl üzük oğurlandı - Saxlanılan var  |     19:26 Qarabağ Universitetinin dekanı: Birillik fəaliyyətimiz dövründə bir çox uğurlara imza atmışıq  |     19:20 Lənkəranda "Qazel" 42 yaşlı qadını vurub  |     19:11 Yakuboviçin bığına 10 milyon təklif edildi , rədd etdi  |     19:06 Bu bürclərin həyatı 180 dərəcə dəyişəcək - çox az qaldı  |     18:50 Eldar Qasımova “Avroviziya”da yeni vəzifə verildi  |     18:37 Azərbaycan ən çox qızıl alan 5-ci ölkə oldu  |     18:22 Rusiyada saxlanılan Elman Paşayevin həyat yoldaşı dindirildi  |     18:11 Hacıqabulda quldurluq edən şəxslər saxlanılıb  |     17:50 Bakıda yol-nəqliyyat hadisəsi zamanı avtomobil yanıb  |     17:32 Dövlət qurumunun əməkdaşları elektrik dirəyindən yıxıldılar - Ölən var  |     17:07 Cəlilabadda 33 yaşlı qadın itkin düşüb - FOTO  |     16:57 Sevgilisindən bir milyona yaxın pul tələb edən tiktokerlə bağlı QƏRAR  |     16:49 AYNA "Ukrayna dairəsi"ndə yaranan sıxlığa aydınlıq gətirdi - VİDEO  |     16:29 Abşeronda körpə ürək çatışmazlığından öldü  |     16:26 Sabahdan intensiv yağış yağacaq - XƏBƏRDARLIQ  |     16:25 Bakıda 62 yaşlı qadın mağazadan qızıl oğurlamaqda şübhəli bilinir  |     16:24 Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb?  |     16:09 Bərdədə dörd kiloqram marixuana aşkarlandı  |     15:57 İki rayonda KIA markalı avtomobillər qaçırıldı - Saxlanılanlar var  |    

Bakı metrosunda 9 yeni stansiya tikiləcək

Metro böyük şəhərlərin infrastrukturasının əsas daşıdır. Sürətli nəqliyyat növü olan metro sərnişinlərin vaxt itirmədən şəhər daxilində rahat hərəkət etməsini təmin edir.

Avropa İnvestisiya Bankı Bakı Metropoliteninin müasirləşməsində dəstək göstərəcək. Bununla bağlı Avropa İnvestisiya Bankı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında memorandum imzalanıb.

Bəs bu anlaşma çərçivəsində nə nəzərdə tutulub?

Bakı Metropoliteni QSC-nin sədr müavini Şahin Mirzəyev bildirib ki, Bakı metrosu bu gün 630 min sərnişin daşıyır. Yeni 9 stansiyanın inşa olunması nəzərdə tutulub ki, bu da yerüstü nəqliyyatda sıxlığın azalmasına kömək edəcək. Bakıya növbəti ildə 4 qatar və 20 vaqon gətirilməsi nəzərdə tutulub.

Nəqliyyat eksperti Rauf Ağamirzeyev bildirib ki, günü-gündən şəhərimiz müasirləşsə də, metro haqqında bunu demək olmur. Əgər metroda müəyyən xətlərin tikintisi ciddi dəyişikliklərə səbəb olacaqsa, bu, sərnişin axınına təsir edəcək. Nəzərdə tutulan bütün bu dəyişikliklər sərnişin sıxlığını aradan qaldırmaq məqsədi daşıyır.

Qeyd edək ki, bu layihə şəhər sakinlərinə daha rahat və sürətli mənzil başına çatmaq məqsədi daşıyır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            135 27.11.24 17:10